Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Mövsüm Səmədov Qobustan türməsinə köçürülür

Mövsüm Səmədov Qobustan türməsinə köçürülür

12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan ilahiyyatçı Mövsüm Səmədovun oradan həbsxana rejimli cəzaçəkmə müəssisəsinə köçürülməsi və orada 3 il qalması barədə təqdimat üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, təqdimatı 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov verib.

Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev sədrliyi keçirilən proses rəis Rauf Məmmədovun xidməti otağında baş tutub.

Müdafiə tərəfi təqdimatın və digər sənədlərin onlara verilmədiyini deyib, həmçinin məhkəmə prosesinin rəisin xidməti otağında keçirilməsinə etiraz edərək iclasın məhkəmənin inzibati binasında keçirilməsi barədə vəsatət verib.

Hakim vəsatəti təmin edib, növbəti iclas iyunun 14-də Qaradağ Rayon Məhkəməsinin inzibati binasında davam etdiriləcək.

Qeyd edək ki, M.Səmədov 2011-ci ildə hakimiyyəti zorla ələ keçirmə və terrora hazırlıq maddələri ilə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. M.Səmədov 2014-cü ildə 2 illik Qobustandakı qapalı həbsxanasına köçürülüb. O, 2016-cı ildə 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın