Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Sosial / Mövsüm Səmədov karserə salını

Mövsüm Səmədov karserə salını

Həbsdə aclıq aksiyası keçirən siyasi məhbus Mövsüm Səmədov cərimə kamerasına (karserə) salınıb.

Bu haqda “Azadlıq” qəzetinə Səmədovun vəkili Yalçın İmanov məlumat verib.

Vəkil sentyabrın 3-də M.Səmədovun saxlandığı Qobustan həbsxanasına getsə də, vəkilin onunla görüşünə icazə verilməyib.

İmanov deyir ki, özünü həbsxananın böyük nəzarətçisi adlandıran Əlibəy Məmmədov müəssisəyə giriş üçün sənədləri (Penitensiar Xidmətin görüş üçün icazə məktubu və vəkil vəsiqəsi) ondan alıb aparsa da, bir müddətdən sonra qayıdaraq onun həbsxanaya daxil olmasına icazə verilmədiyini bildirib.

Nəzarətçi həsbxana rəhbərliyinin belə bir göstəriş verdiyini deyib və vəkilin müəssisəyə buraxılmamasını qeyri-iş günü olmasıyla əlaqələndirib.

Vəkil deyir ki, halbuki, 6-cı gün bütün cəzaçəkmə müəssisələrində iş günü hesab olunur və dəfələrlə 6-cı gün müdafiə etdiyi şəxslərlə onların saxlandığı müəssisələrdə görüşüb.

Y.İmanov M.Səmədovun cərimə kamerasına müddətsiz aclıq aksiyası keçirdiyinə görə salındığını bildirir. Ancaq o, müdafiə etdiyi şəxsin nə vaxtdan və neçə günlük karserə salındığı barədə ətraflı məlumatı olmadığını bildirir.

Vəkil Səmədovla görüşünə icazə verilməməsini müəssisə rəhbərliyinin özbaşınalığı kimi qiymətləndirir və düşünür ki, bununla Səmədova münasibətdə baş vermiş kobud qanun pozuntularının ictimailəşməsinin qarşısı alınır.

İmanov Səmədovun həyatından narahat olduğunu da dilə gətirib.

Mövsüm Səmədov sentyabrın 26-da keçirilməsi planlaşdırılan Konstitusiyaya dəyişikliklər aktına etiraz olaraq avqustun 29-dan müddətsiz aclıq aksiyasına başlayıb.

Həmçinin oxuyun

Prezidentin və Birinci xanımın 3 ay öncə açılışını etdiyi park baxımsız vəziyyətə düşdü — Suraxanı RİH hara baxır? (FOTOLAR)

Bu il aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın açılışını etdiyi …

Bir cavab yazın