Ana səhifə / Sosial / “Mover”ın rəhbəri: ““Silk Way” və Gömrük Komitəsi bizi sıxışdırıb bazardan çıxardı”

“Mover”ın rəhbəri: ““Silk Way” və Gömrük Komitəsi bizi sıxışdırıb bazardan çıxardı”

Ölkənin aparıcı daşıma şirkətlərtindən biri olan “Mover” MMC-nin rəhbəri Arif Şəmistanlı iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib.
Yeniavaz.com
 xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında videomüraciət yayıb.
O şirkətin müflisləşmə həddində olduğunu bildirib və bunun səbəbini belə izah edib:
““Silk Way” şirkəti və Dövlət Gömrük Komitəsi öz şirkətlərini önə çəkmək üçün bizi sıxışdırmağa başladılar. Bizi sıxışdırıb bazardan kənarda qoydular. “Mover” 2020-ci ildə daşımaların 30 faizini, 2021-ci ildə 10 faizini, 2022-ci ildə isə 3 faizini həyata keçirirdi. 2023-cü ildə isə “Mover” artıq biabrçı səviyyədə müflisləşmə vəziyyətinə gətirilib”.
A.Şəmistanlı onlara bu prosesdə sıxıntılar yaşadan başlıca şirkəin “Silk Way” olduğunu bildirib.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …