Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Moskvada Azərbaycana qarşı erməni təxribatı – FOTOLAR

Moskvada Azərbaycana qarşı erməni təxribatı – FOTOLAR

Rusiya paytaxtında keçirilən 30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ermənilər təxribata əl atıblar.

Məlumata görə, Azərbaycan stendindən bir az aralıda quraşdırılan Ermənistan stendində Dağlıq Qarabağa aid kitablar nümayiş olunub.

Dağlıq Qarabağın tarixi Ermənistan torpağı kimi təqdim olunduğu bu kitabların sayı çox olmasa da, ermənilər onları stendin ən görünən hissəsində nümayiş etdirirlər.

Fotorəssam Boris Baratovun müəllifi olduğu “Qarabağ xronikası 1989-2009”, Raffinin “Xəmsə məliklikləri” (Melikstva Xamsı) və digər erməni müəlliflərin “Armeniya”, “Erməni xalqının qədim tarixi”, “Erməni əfsanələri” və s. kitablarda indiki Azərbaycanəraziləri Ermənistan əraziləri kimi, Azərbaycan tarixinə aid nümunələr isə erməni tarixi nümunələri kimi göstərilib.

Qeyd edək ki, 30-cu Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında Azərbaycan da təmsil olunur.

Sərgi sentyabrın 10-dək davam edəcək. (APA)

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın