Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / Monopolistlərin nəzarətindən kənar SAHƏ: “İşsizlərin sayı artacaq, nəqliyyat problemi isə daha da…”

Monopolistlərin nəzarətindən kənar SAHƏ: “İşsizlərin sayı artacaq, nəqliyyat problemi isə daha da…”

“Bakıda ictimai nəqliyyatla bağlı hər şey öz həllini tapdımı ki, taksi fəaliyyətini tənzimləmək istəyirlər?”.

Bu fikirləri taksi xidməti göstərilən avtomobillərə standart rəng qaydasının tətbiq olunmasına münasibət bildirən Ağ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, bəlli dairələr artıq uzun müddətdir ki, taksi məsələsinin üzərinə fokuslanıb:

“Hətta bir məmurun “kasıb adam nə üçün taksidən istifadə etməlidir?” sözlərini də yada salmaq yerinə düşər. Taksi fəaliyyəti hər sahəni monopoliyalaşdıran oliqarxların nəzarətindən kənardadır. Yəni hazırda sözügedən məsələ ətrafında fikirlərin bu qədər cəmlənməsi həmin sahənin nəzarətə götürülmə istəyi ilə əlaqəlidir. İndi müşahidə etdiyimiz oyunlar da bunu deməyə əsas verir.

Təxminən 60 min taksi fəaliyyət göstərsə də, ictimai nəqliyyatın həddindən artıq yükləndiyi müşahidə edilir. Hazırda taksilərə müəyyən qadağaların və standartların gətirildiyi bir vaxtda 50-60 min adamın işsiz qalacağı, iflic ictimai nəqliyyatın daha da pis vəziyyətə düşəcəyi faktoru nəzərə alınmır. Məqsəd sadəcə, hər sahəni öz əllərində cəmləməkdir.

Dövriyyəyə bruaxılacaq 10-15 min yeni taksi isə vəziyyəti düzəltməyəcək. Qiymətlər kəskin bahalaşacaq, taksidən xüsusi hallarda istifadə olunacaq, qazanc isə bir yerə gedəcək. Maraqlı sual yaranır: Bakıda tıxaclarla, ictimai nəqliyyatla, ümumilikdə daha vacib məsələlərlə bağlı hər şey öz həllini tapdımı ki, taksi fəaliyyətini tənzimləmək istəyirlər?

Digər lazımlı məsələlər daha çoxdur, nəinki taksi. Bu heç də doğru qərar deyil. Azərbaycanda işsizlərin sayı artacaq, nəqliyyat problemi daha da kəskinləşəcək. El dilində desək, guya bənövşəyi rəngdə, “badımcan” adlandırılan taksilər gətirərək daha yaxşı şərait yaratmağa çalışdılar. Ancaq dövlətin pulları israf olundu. İndi də həmin yolu tutublar. Açıq-aşkar “şirkət qurmayın, biz özümüz qazanacağıq”, – deyirlər”.

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …