Ana səhifə / Sosial / MM-də Komitə sədrlərinə növbədənkənar çıxış verilməsi təklifi etiraza səbəb oldu

MM-də Komitə sədrlərinə növbədənkənar çıxış verilməsi təklifi etiraza səbəb oldu

Mlli Məclisin komitə sədrlərinə Milli Məclisin iclaslarında növbədənkənar çıxış etmək hüququnun verilməsi təklif edilir.

Azinforum.az xəbər verir ki, belə bir məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin Daxili Nizamnamnaməsinə dəyişikliklərdə öz əksini tapıb. Qeyd edək ki, hazırki nizamnaməyə əsasən Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir. Bundan əlavə Nizamnaməyə dəyişikliklərdə Milli Məclisin deputatlarına eyni zamanda iki komitənin üzvü olmaq hüququnun verilməsi təklif edilir.
Komitə sədrlərinə növbədənkənar çıxış verilməsi məsələsi bir sıra millət vəkillərinin etirazına səbəb oldu. Belə ki, millət vəkili Qüdrət Həsənquliyev bildirdi ki, cari məsələlər zamanı millət vəkillərinə 45 dəqiqəyədək vaxt verilir. “Hazırda isə 14 komitə fəaliyyət göstərir və onların hər biri üç dəqiqə çıxış edərsə, o zaman digər deputatalara çıxış üçün vaxt qalnmayacaq. Ona görə Nizamnamədə belə bir maddənin yer alması düzgün deyil və bu maddə çıxarılmalıdır.”
Müzakirələrdən sonra Milli Məclisin Daxili Nizamnaməsinə nəzərdə tutulan dəyişikliklər parlamentin növbəti plenar iclasının müzakirəsinə tövsiyyə olunub.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın