Ana səhifə / Sosial / Misir Mərdanovun qardaşına yarım milyondan çox kompensasiya ödənilib – Rəsmi

Misir Mərdanovun qardaşına yarım milyondan çox kompensasiya ödənilib – Rəsmi

“Misir Mərdanovun qardaşı icra hakimiyyətini məhkəməyə verdi” başlıqlı məqaləyə Yasamal rayon İcra Hakimiyyəti (RİH) münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki,  RİH-dən “MediaPost”a bildirilib ki, Nazirlər Kabinetinin 358 nömrəli, 11.11.2015-ci il tarixli, 533 nömrəli, 30.12.2016-cı il tarixli qərarları ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınıb:

“Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 43 ünvanında yerləşən “Xəzri” MTK tərəfindən inşa olunmuş çoxmənzilli bina yuxarıda qeyd olunan qərarların təsiri dairəsinə düşüb. Həmin binanın mənzillərindən biri Mərdanov İlham Cumayıl oğluna məxsus olub. Bununla əlaqədar olaraq Yasamal rayonu, Ç.Mustafayev küçəsi 43-dəki mənzillərdən birinin sahibi olan Mərdanov İlham Cumayıl oğlu ilə Yasamal rayon İcra Hakimiyyəti arasında 24.04.2017-ci il tarixində alqı-satqı müqaviləsi imzalanıb və İlham Mərdanova 537 360 manat məbləğində kompensasiya ödənilib. Belə ki, Mərdanov İlham Cumayıl oğluna məxsus mənzilin sahəsi 243,80 kvadratmetr (243,80×220 manat=536 360 manat +1 000 manat köçmək xərci = 537 360 manat) olub.

Yasamal rayonu, Ç.Mustafayev küçəsi 43 ünvanında yerləşən çoxmənzilli bina dövlət ehtiyacları üçün satın alınıb və sökülüb”

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …