Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevi müavinlikdən çıxardı

Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevi müavinlikdən çıxardı

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu müavini Oqtay Gülalıyevi vəzifəsindən azad edib.

Bu barədə azvision.az-a KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib.

Partiya rəsmisi bildirib ki, Oqtay Gülalıyev vəzifəsindən KXCP sədi tərəfindən uzaqlaşdırılıb: “Müqavinlər təyin etmək və azad etmək partiya sədrinin səlahiyyətlərinə aid olan məsələdir. Yəni, bu adi prosedur qaydadır”. – deyə X. Teyyublu bildirib.

O. Gülalıyevin partiyada qalıb-qalmayacağı ilə bağlı məsələyə gəlincə, X. Teyyublu deyib ki, o partiya və Ali Məclisin üzvü olaraq fəaliyyətini davam etdirə bilər.

Hələlik O. Gülalıyevin yerinə təyinat baş verməyib.

Qeyd edək ki, “report”un məlumatına görə, O.Gülalıyevin müavinlikdən çıxarılmasına səbəb onun KXCP Ali Məclisinin sonuncu sessiyasındakı çıxışı olub. Belə ki, O.Gülalıyev çıxışında KXCP-nin siyasi kursunu sərt tənqid edib. O bildirib ki, partiyanın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı qeyri-məqbul qiymətləndirilməlidir. O.Gülalıyev müxalifətin, o cümlədən KXCP-nin iqtidarla keçirdikləri görüşlərə, “Bakı-2015” I Avropa Oyunlarında iştirakına iradını bildirib. KXCP sədri Mirmahmud Mirəlioğlu isə çıxışında O.Gülalıyevin təmsil olunduğu Milli Şuranı tənqid edib. M.Mirəlioğlu bildirib ki, onun müavini Milli Şura kimi qurumda təmsil oluna bilməz. Partiya sədri bunu əsas gətirərək, O.Gülalıyevi müavinlikdən azad edib.

Xatırladaq ki, O.Gülalıyev Milli Şurada təmsil olunur və qurumun mətbuat xidmətinin rəhbəridir.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın