Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Sosial / Səkinə Sadıqovanın normal təhsili olmayan bacısı Sədaqət həkim Sumqayıt səhiyyəsini idarə edir..

Səkinə Sadıqovanın normal təhsili olmayan bacısı Sədaqət həkim Sumqayıt səhiyyəsini idarə edir..

Səkinən arxasında Rəşad, vətəndaşların arxasında isə dövlətimiz dayanır…

Sumqayıt şəhər səhiyyə şöbəsində baş verən qanunsuzluqlara niyə göz yumulur…

Şəhər səhiyyə şöbəsinin  xanım müdiri həbs oluna bilər…


Mövzuya başlamazdan öncə təxminən 40-50 il öncə baxdığım bir teletamaşanı xatırladım. Məktəblidən soruşanda ki “Böyüyəndə hansı peşənin sahibi olacaqsan “ cavab verir ki, həkim olacam. Səbəbini soruşanda  bildirir ki, sinif yoldaşım  gözümün qabağında  qanaxmadan dünyasını dəyişdi…
Bəli, az qala  yarım əsr əvvəl baxdığım bu tamaşadakı vəziyyət bu gün Sumqayıt səhiyyəsində davam edir. 
Sumqayıt səhiyyə şöbəsinin müdiri  Səkinə Sadıqovaya deyən yoxdur ki, yarım əsrdə  dünya səhiyyəsi  az qala 500 il qabağa gedib, indi ürək köçürürlər, beyini əməliyyat edirlər, kora  görən göz qoyurlar…sənin rəhbərlik etdiyin Sumqayıt səhiyyə şöbəsi isə  adi burun qanaxmasının qabağını ala bilmir…
Nəinki ala bilmir ee, hətta  naşı-savadsız  müdaxilə ilə  yeniyetməni həyatdan məhrum edir. 
Əslində bu naşılıq-təcrübəsizlik deyil ee, bunun bir adı var- cinayətkarlıq. 
XXI əsrdə insanın adi burun qanaxmasından dünyasını dəyişməsi  rüsvayçılıqdır. 
Görəsən, bütün bunlar ortada olduğu halda nə üçün Səkinə kimilər hələ də cəzasız qalır. 
Belə məqamda  hərdən deyirlər ki, o dünyada uca Allah onun cəzasını verəcəkdir. 
Gəlin, belə bəsit söhbətləri yığışdıraq. 
Allahın işi-gücü qurtarıb ki, Səkinə ilə məşğul olsun..? 
Səkinə ilə Allah məşğul olacaqsa, bəs hüquq-mühafizə orqanları, Səhiyyə Nazirliyi, lap Hesablama Palatası hara baxır..? 
Səkinə Sadıqova onsuz da Allaha  şər atır və deyir ki, Allah mənə vergi verib…
Bu adamdan soruşan yoxdur ki, Allah sənə vergi verəndə deyib ki, get təcili yardım  maşınlarının yanacağnı, benzinini, ehtiyyat hissələrini sat və  təcili yardım maşını can üstə olan xəstəni  mənzil başına çatdıra bilməsin..? 
Belə yerdə deyirlər ki, ay sənin imanına salamlar olsun.
Həqiqətən də  “ruhi xəstə” olan  adama Sumqayıt boyda şəhərin səhiyyəsini tapşırmaq özü ağır  məsələdir. 
Bəs görəsən Səhiyyə Nazirliyi, konkret olaraq cənab səhiyyə naziri Teymur Musayev Səkinə Sadıqova barədə, daha doğrusu, Səkinənin əməlləri barədə nə düşünür. 
Hesablama Palatası  niyə bircə dəfə olsun Səkinədən soruşmur ki,  dövlətin ayırdığı  külli miqdarda vəsaiti  hara xərcləmisən..? 
Səkinə ağılda adama  o boyda şəhərin səhiyyəsini tapşırmaqla iş bitmir ee…
Səkinə Sadıqova özü kimi adamları başına yığıb dövlətin vəsaitini talayır. 
Məsələn, Səkinə Sadıqova Oqtay adlı birisini özünə hüquqi məsələlər üzrə müavin götürüb. Oqtayın əmisi qızı isə öz rəfiqəsi Qızılgülü səhiyyə şöbəsinə vəzifəyə gətirib. Bu gün  Səkinənin rəfiqələrindən biri  olan, Sumqayıtda rüşvətlə adı çıxan Sevinc isə  səhiyyə şöbəsində kadrlar üzrə müavindir. 
Bütün bunlar bir yana Səkinə Sadıqova adi tibb bacısı olan qızını Odlar Yurdu Universitetində oxudaraq Bakıda “Respublikanski” xəstəxanasında həkim kimi işə düzəldib.
Bu hələ harasıdır..? 
Səkinə Sadıqovanın bacısı  Sədaqət  “xanım əfəndi”  az qala  Sumqayıtdakı bütün xəstəxanaları idarə edir. 
Bəli,  normal tibbi  təhsili olmayan, əvvəllər  Vərəm dispanserində  işləyən Sədaqət həkim 3 saylı poliklinikada həkim kimi çalışır, amma  şəhər səhiyyəsini barmağına dolayıb, çünki o, Səkinə Sadıqovanın doğmaca bacısıdır. Bu korrupsiya halı deyilmi?
Səkinə Sadıqova o dərəcədə həddini aşıb ki, onu eşitməyən xəstəxanaların baş həkimlərini işdən çıxardır, bəzən isə həmin xəstəxanaları şöbəyə çevirir. Hansı ki, bu səlahiyyət ancaq səhiyyə nazirinə məxsusdur. 
Səkinə Sadıqova  Sumqayıt  səhiyyə şöbəsinin müdiri olandan sonra qısa vaxtda  dövlətin səhiyyə üçün ayırdığı milyonları mənimsəyərək, özü üçün bahalı avromobillər, evlər alıb. 
Səkinə Sadıqova son vaxtlar bir neçə “novostroyka”da  bahalı mənzil alıb. 
Hələ bu harasıdır..? 
Səkinə Sadıqova  kimə arxayındır ki, bu əməlləri törədir. 
Bəli, tam əminliklə  deyirik ki, məmurlar kiməsə arxayın olmasalar bu dərəcədə  harınlaya bilməzlər. 
Səkinə Sadıqova hər yerdə deyir ki, mənim arxamda İcbari Tibbi Sığorta Agentliyində çalışan  Rəşad müəllim durur. 
Səkinənin arxasında kimin durmasını deyə bilmərik, amma  Azərbaycan vətəndaşlarının arxasında dövlətimiz dayanır. 
Tam əminliklə deyirik ki, yaxın zamanda  Sumqayıt səhiyyə şöbəsində baş verən qanunsuzluqlara, cinayət əməllərinə hüquqi qiymət veriləcək və müdirənin səsi başqa yerdən gələcək. ( gundelik-bakı.com)

Həmçinin oxuyun

İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor – ARAŞDIRMA

Kənd təsərrüfatı naziri İnam Kərimov müsahibəsində bildimişdi ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş …