Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Mirdamət Sadıqov İsmayıllını necə idarə edir? – rayonda nə baş verir?

Mirdamət Sadıqov İsmayıllını necə idarə edir? – rayonda nə baş verir?

 İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yaxın günlərdə vəzifədən uzaqlaşdırılacaq. Bu barədə mötəbər mənbə məlumat verib. Məlumata görə son illər İsmayıllı rayonunda iqtisadi geriləmənin olması, rayon əhalisinin sosial vəziyyətlərinin sürətlə pisləşməyə doğru getməsi artıq hakimiyyətin yuxarı instansiyalarını hərəkətə keçirib. Mirdaməd Sadıqovdan əvvəl İsmayıllıya rəhbərlik edən Nizami Ələkbərovun vaxtında rayon əhalisinin sadə təbəqəsi məzlum günündə yaşayırdısa, indi İsmayıllının qismən imkanlı təbəqəsi-iş adamları da rayon rəhbərliyinin ucbatından səfil gününə düşüblər.

Qeyd edək ki, bir müddət öncə İsmayıllı rayonundan tanınmış iş adamı Vidadi İsgəndərov ölkə rəhbərliyinə video müraciət edərək rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun onu aldadaraq müflis etdiyini bildirirdi. Xatırladaq ki, ötən ayın 29-da İsmayıllı rayonunun prokuroru Ülvi Abbasov rayonda fəaliyyət göstərən sahibkarardan külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilərək həbs edilib. Bu faktın özü İsmayıllı rayonunda rüşvət və korrupsiya faktının və həm də İcra Hakimiyyətinin başçısının rayona nəzarət edə bilməməsinin bariz nümunəsidir.

Bu məlumatlar ölkə mediasında yer alan xəbərlərdəndir və xəbəri azinform saytı yayıb.

Danışan mənbə deyir ki, sabiq verfilər naziri Fazil Məmmovun himayə etdiyi son icra başçısı da elə Mirdamət Sadıqovdur. F.Məmmədovun kadrlarından olan Binədəqnin icra başçısı Xaləddin İsgəndərov, Gədəbəyin icra başçısı Ramiz Yediyarov da vəzifələrindən uzaqlaşdırılıblar. Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev və rayon struktur təşkilatların rəhbərliyi iştirak etmişdi.
Prezidentin köməkçisi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün rayon icra hakimiyyətinin kollektivinə müvafiq məsləhət və tövsiyyələrini verib. Zeynal Nağdəliyev onu da bildirib ki, keçmiş icra başçısı Ramiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib.
Maraqlıdır ki, analoji vəziyyət elə İsmayıllıda da hölm sürməkdədir. Mirdamət Sadıqovun rayonun rəhbəri olaraq işinin öhdəsindən tam olaraq gələ bilməməsi də durumu kritikləşdirir. Rayondan gələn sahibkar şikayətləri artır və artıq Fazil Məmmədov da öz müəllimini qorumur və ya qorumaq iqtidarında deyil. Saytımıza danışan mənbə iddia edir ki, yaxın günlərdə İsmayıllının icra başçısı da işini itirəcək. Və onun yerinə daha gənc və rayonda islahatlar apara biləcək icra başçısının təyin olunacağı gözlənilir.

Bundan başqa ölkə mediasında da artıq adıçəkilən icra hakimiyyətində büdcə vəsaitlərinin istifadəsi ilə bağlı yoxlamalrın aparıldığı deyilir. Məsələn bu sayt yazır:

– Modern.az-a daxil olan məlumata görə, hazırkı hədəf İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovdur. Hökumətdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq İcra Hakimiyyətində audit yoxlamalarına başlayır.

Bəzi məlumatlara görə, məsələnin qəlizliyini anlayan, icra başçısı nöqsanları ört-basdır etmək üçün müxtəlif yollar axtarır. Məsələylə bağlı icra başçısı ilə əlaqə saxladıq. O isə “anam rəhmətə gedib, indi yasdayam, mənə zaman verin” deyərək telefonu qapatdı. Növbəti günlərdə isə cənab başçı ilə bir daha danışmaq mümkün olmadı…

İyulun 26-da vəzifədən azad edildiyi barədə məlumat yayılan İsmayıllı rayonunun prokuroru bir neçə gün sonra Ülvi Abbasov həbs edildi.

Baş Prokurorluğun Mətbuat Xidmətinin iyulun 26-da yaydığı məlumata görə, İsamyıllı rayon prokurunun böyük köməkçisi Faiq Quliyev “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən ona məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün iyulun 14-də İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyulda Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

“F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb”, Mətbuat Xidmətinin məlumatında deyilir.

İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Aparılmış xidməti yoxlamadan sonra İsmayıllı rayon prokuroru Ülvi Abbasov tutduğu vəzifədən, Faiq Quliyev isə prokurorluq orqanlarından xaric edilib.

Gundeminfo.az

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …