Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / “Mirəlioğlu kimlərinsə çaldığı havaya oynayır”

“Mirəlioğlu kimlərinsə çaldığı havaya oynayır”

Milli Şura Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Oqtay Gülalıyevin Mirmahmud Mirəlioğlu tərəfindən qovulmasına münasibət bildirib.

Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal AzNews.az-a açıqlamasında bildirib ki, Mirəlioğlu ilə Gülalıyevin arasındakı fikir ayrılıqları çoxdan başlayıb: “Mirəlioğlu Gülalıyevə bunu açıq şəkildə bəyan edibsə, demək artıq əsəbləri dözməyib. Milli Şura qurum olaraq ölkədə gedən bütün proseslərə münasibət bildirir. Bunun nəticəsi olaraq da Parlament seçkilərindən imtina etmişdi. Amma Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi partiya və onların təmsil olunduğu “Azadlıq-2015” bloku seçkiyə getdi. Oqtay Gülalıyevlə Mirmahmud Mirəlioğlunun bu mənada baxışları əvvəldən üst-üstə düşmürdü. Haradasa bir toqquşma olmalıydı və oldu da. Biz isə Oqtay bəyin mövqeyinin düzgün olduğunu düşünürük”.

V.Mirkamal M.Mirəlioğlunun “Mənim müavinim Milli Şura kimi qurumda təmsil oluna bilməz” fikrinə də münasibət bildirib: “Tamamilə doğrudur. Mirmahmud Mirəlioğlu kimlərinsə çaldığı havaya oynayan adamdır. Oqtay Gülalıyev isə mövqeyi ortada olan şəxsdir. Ona görə də o, M.Mirəlioğlunun müavini ola bilməz”.

Qeyd edək ki, KXCP sədri M.Mirəlioğlu müavini O.Gülalıyevi partiyadan çıxarılıb.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın