Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Minlərlə məcburi köçkün Saleh Məmmədovdan intizarla CAVAB GÖZLƏYİR + FOTO

Minlərlə məcburi köçkün Saleh Məmmədovdan intizarla CAVAB GÖZLƏYİR + FOTO

Bakı dairəvi yolunun Binəqədi şoşşesindən Cantəpə massivinə çıxan yolun kənarında məskunlaşan minlərlə məcburi köçkün ailəsi adından Moderator.az-a müraciət daxil olub:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri cənab Saleh Məmmədova
MÜRACİƏT
Biz, Bakı dairəvi yolunun Binəqədi şoşşesindən Cantəpə massivinə çıxan yolun kənarında məskunlaşan minlərlə məcburi köçkün ailəsi adından sizə müraciət edirik.
Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman məcburi köçkünlərin yanında olduğunu və dövlətin bütün imkanlarını onların rifahına səfərbər etdiyini öz əməli fəaliyyəti ilə sübut edib. Məhz onun bu qayğısına güvənərək sizə üz tuturuq.
Bildirmək istəyirik ki, ərazi 5-6 il öncə asfaltlansa da yeni evlərin tikilməsi səbəbindən yollarda “kubik” daşıyan maşınların intensiv hərəkəti səbəbindən yaşadığımız massivə gediş-gəliş sözün həqiqi mənasında avtomobil yolu funksiyasını itirib. Qarşıdan payız-qış mövsümü gəlir və bu zaman bizim hansı məhrumiyyətlərlə üz-üzə qalacağımızı təsəvvür etmək çətin deyil.
Ona görə də Sizə müraciət edərək dövlətin imkanları hesabına həmin yolun təmir edilməsi üçün tədbir görməyinizi xahiş edirik. Sizin bu addımınız dövlət başçısı möhtərəm İlham Əliyevin bizlərə qayğısının daha bir ifadəsi kimi qəbul ediləcək.
Xahişimizin nəzərə alıncağına və qısa zamanda müvafiq ölçü görüləcəyinə ümid ediirk. Öncədən sizə minnətdarlığımızı bildiririk.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …