Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Milli Şura Müsavatın mitinqinə dəstək verdi

Milli Şura Müsavatın mitinqinə dəstək verdi

Milli Şuranın Koordinasiya Mərkəzi sentyabrın 14-də növbəti iclasını keçirib.

İclasda MŞ-nın Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı başladığı etiraz aksiyaları barədə fikir mübadiləsi aparılıb. KM üzvləri bu xüsusda sentyabrın 11-də keçirilən mitinqin nəticələrini dəyərləndirib, 17 sentyabra təyin olunan mitinqə hazırlığı müzakirə edib.

İclasda həmçinin, Müsavat Partiyasının referenduma qarşı sentyabrın 18-nə mitinq təyin etdiyinə diqqət yetirilib. KM ölkədə avtokratik rejimin möhkəmlənməsinə qarşı istənilən qanunauyğun təşəbbüsləri dəstəklədiyini, referendumla əlaqədar sentyabrın 18-nə təyin olunan mitinqin də hədəflərini, şüar və tələblərini düzgün hesab etdiyini, bu mitinqdə öz tərəfdaşlarının iştirakını məqsədəuyğun saydığını bəyan edib.

Azadliq.info

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın