Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Milli Şura ilə Musavat arasında qalmaqal…

Milli Şura ilə Musavat arasında qalmaqal…

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı mətbuata açıqlama verərək Milli Şuranın hakimiyyətdən tapşırıq alaraq partiyaya qarşı ittihamlar səsləndirdiyini deyib.
Moderator.az xəbər verir ki, Milli Şura koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev Gülağa Aslanlının açıqlamasına münasibət bildirib:
“Siyasi səbəbi olmayan və qərəzli deyilmiş hər hansı bir fikirə münasibət bildirmək istəməzdim. Hörmətli Gülağa Aslanlı belə uzaqgörən siyasətçidirsə, onda yaxında olan məsələləri görməzdən gəlməməlidir. Misal üçün, Müsavat partiyasının öz qoynunda bəsləyib-böyütdüyü ” Yeni Müsavat”adlı qəzetin, yumşaq desək, ayağısürüşkənliyi və bunun nəticəsində, yəni əsasən həmin qəzetin imkanları ilə müxalifət daxilində antoqonizm toxumu səpilməsi, Müsavat rəhbərliyinin Milli Şuranın Rusiya proyekti elan edərək onu dağıtmaq cəhdi, eləcə də əsl Rusiya “istehsalı” olan mövcud hakimiyyətə bu barədə güldən ağır söz deməkdən çəkinməsi, nüfuzlu Dünya təşkilatlarının Azərbaycanda keçirilən seçkiləri legitimləşdirməkdən çəkinmək çağrışlarına əhəmiyyət vermədən, qol götürüb “legitimləşdirmək rəqsi” sədaları altında ləzzətlə süzməsi, hazırkı Müsavat partiyasının əsl müsavatçılıqla, az qala tərs mütənasiblik təşkil edən fəaliyyət prinsipləri və taktiki addımları, nə vaxtsa çox möhtəşəm olmuş bir partiyanın müsavatçılıqla rüsvayçılığı eyniləşdirən bəzi  funksionerlərinin utancverici intellektual səviyyəsi və siyasi leksikonu və s. və i.a. Məncə, sayqılı Gülağa bəy məngənəyə dönmüş özlərinin bu problemləri ilə məşğul olsa, daha əhəmiyyətli iş görmüş sayılar”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın