Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Sosial / Milli Şura BŞBPİ-nə “yox” dedi – Mitinqin vaxtı dəyişməyəcək…

Milli Şura BŞBPİ-nə “yox” dedi – Mitinqin vaxtı dəyişməyəcək…

Xəbər verdiyimiz kimi Bakı Şəhəri İcra Hakimiyyəti Milli Şuranın 11 sentyabr mitinqinə razılıq verib. Məsələyə münasibət bildirən Başı Şəhəri Baş Polis İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, mitinq dinc xatarkerli olmalıdır, qanunları pozan şəxslər məsuliyyətə cəlb olunacaq. S. Bağırov həmçinin havanın tez qaralması ilə əlaqədar olaraq mitinqin 1-2 saat geriyə çəkilməsi üçün idarənin Milli Şuraya müraciət edəcəyini deyib.
Bəs Milli Şura mitinqin vaxtında dəyişiklik edəcəkmi? Mitinqin təşkilatçısı, Milli Şuranın koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev Moderator.az-a açıqlamasında bildirdi ki, onlar mitinqin başlama və bitmə vaxtında dəyişiklik etməyəcəklər:
“Biz qurum daxilində məsələni müzakirə etdik. Mitinqin vaxtını dəyişməyəcəyik. Əvvəldən nəzərdə tutulduğu kimi aksiya saat 17:00 da başlayıb 19:00 da bitəcək. Milli Şura 2013-cü ildən bu günə kimi çoxlu sayda mitinqlər təşkil edib. Həmin aksiyalara nəzər salıb görə bilərsiz ki, bizim bu günə qədər təşkil etdiyimiz bütün mitinqlər dinc xarakterli olub.”

Həmçinin oxuyun

“Sədərək”də “böyük təmizlik” – Saxlanılanlar var

Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazadan külli miqdarda oğurluq olub.Bununla bağlı Qaradağ rayon Polis İdarəsindən …

Bir cavab yazın