Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Milli Qvardiyanın keçmiş komandirindən  “4 iyun”la bağlı – şok açıqlamalar 

Milli Qvardiyanın keçmiş komandirindən  “4 iyun”la bağlı – şok açıqlamalar 

“Belə bir insanın Milli Qvardiya komandanı əvəzinə təyin olunması təqdimatına ölkə prezidenti necə qol çəkə bilərdi?”
“Prezidentin koməkçisi olmuş Oqtay Qasımov bu suala aydınlıq gətirsə daha yaxşı olar”

4 iyun qiyamının 23 cü ildönümü əvvəlki ildönümlərdən xeyli fərqləndi və demək olar ki, həmin hadisələrin bütün iştirakçıları məhz tanınmış hüquqşünas, vaxtilə həmin hadisələrin istintaqına cəlb olunmuş Aslan İsmayılovun Moderator.az-a sensasion müsahibəsindən sonra məsələyə münasibət bildirdilər.

Milli Qvardiyanın komandiri olmuş və həmin vaxt xəyanət nəticəsində aldadılaraq Surət Hüseynovun adamlarına təhvil verildiyindən, bir müddət Gəncədə girovluqda saxlanılan Əzizağa Süleymanov da həmin hadisə iştirakçılarının açıqlamalarına biganə qala bilməyərək fikirlərini yazıb Moderator.az – a göndərib:

“Hələ 4 iyun hadisələri axşamı Əbülfəz Elçibəy xəbər tutmuşdu ki, Gəncədə Milli Qvardiyaçılar başda Milli Qvardiya komandanı polkovnik Tahir Məmmədov olmaqla güllələnib. Bu xəbər Elçibəyi sarsıtmışdi. O zaman Elçibəy şəxsən deyib ki, Tahiri mən ora göndərməmişəm, necə olub ki, Gəncəyə gedib. Üstəlik də günün ikinci yarsında mənə prezidentin adından 70 nəfərlə OMON-çularla bərabər Gəncəyə təyyarə ilə getməyim əmr edilib.

Gəncə hadisələrindən sonra isə məlum olur ki, Elçibəy heç bir güc strukturalarının rəhbərinə Gəncəyə getmələri barədə göstəriş verməyib. O cümlədən də Sülhəddin bəy də bu yaxında sizin sayta verdiyi müsahibədə bu faktı təsdiq etmiş oldu. Buradan belə cıxdı ki, prezident Elçibəyin xəbəri olmadan ölkə daxilində prezidentlə hesablaşmayan ikinci qüvvə varmış. Gəncə hadisələrinin günahını indi Müdafiə Nazirliyinin boynuna atırlar. Əslində bu belə deyldi. Gəncədə Surət Hüseynovun ətrafını təmizləmək birbaşa DİN və MTN-nin vəzifə borcları idi. Bu strukturaların rəhbərləri həmin hadisə ərəfəsində Gəncədə idilər. Bunlar vəzifələrinə səhlənkar yanaşıb səhvə yol verəndən sonra bütün ağrılıq Müdafiə Nazirliyi və Milli Qvardiyanın boynuna düşmüşdü. Onların da daxilindəki satqınçılıq dövlət çevrilişinə rəvac vermişdi. Elçibəy bundan sarsılmışdı. Ona görə də vəziyyəti analiz edərək mərhum Heydər Əliyevi hakimiyyətə dəvət etmişdi. İndi bəziləri yazır ki, Elçibəyi asacaqdılar, ay belə edəcəkdilər. Bunların hamısı şayiədir. Necə yəni, Elçibəy hələ ölkə prezdenti deyildimi? Onun təhlükəsizliyinə başı ilə cavabdeh olan mühafizə xidməti vardı. Bu xidmətin vəzifə səlahiyyətlərini bilməyənlər elə uydurmalara yol verirlər ki, adam heyrətlənməyə bilmir. Elçibəyi Kələkiyə peşəkar mühafizə xidmətinin əməkdaıları, Milli Məclisin o vaxtkı sədri İsa Qəmbərin mühafizə xidmətinin rəisi polkovnik Sabir Bayramov müşayət etmişdi. Onlar 3 gündən sonra da Bakiya qayıtmışdılar. Elçibəyin özünün mühafizəsində olan qohumları isə ikinci dərəcəli mühafizəçilər idi. Bu gün Elçibəy dönəmində prezidentin şəxsi mühafizə xidmətinin rəisi olmuş polkovnik Oqtay Məmmədov və ya prezdentin köməkçisi olmuş Oktay Qasımovun adından kimsə nəsə yazır, deyir, bunlar hamısı boş söhbətlərdir. Hələ onu da nəzərinizə çatdırmaq istərdim ki, kimin vasitəsi ilə Gəncədə şəxsi heyəti atıb qaçan, Milli Qvardiya komandanı Tahir Məmmədovun meyitini ortalıqda qoyub Bakıya gələrək komandanın seyfini açdıran baş leytenant Məzahir Bağırovun Milli Qvardiya komandanı əvəzi vəzifəsinə təyin oluması sərəncamını Elçibəyin önünə qoyaraq kim qol çəkdirib? Prezidentin koməkçisi olmuş Oqtay Qasımov bu suala aydınlıq gətirsə daha yaxşı olar. Bir də istərdim ki Ülvü bəy və Kamandar bir məsələyə də aydınlıq gətirsinlər, necə olub ki, Milli Qvardiya komandanı Tahir Məmmədovla birlikdə gündüz saat 12 radələrində vertolyotla Gəncəyə uçublar? Mən bunları ona görə deyirəm ki, bəzi məsələlərə aydınlıq gətirilsin. Gəncə hadisələrindən dərhal sonra Sürət Hüseynov tərəfindən Gəncədən buraxılan Milli Qvardiya rəhbərliyi, xüsusən də alay komandiri Milli Qvardiyanın Qərargahına gələn Rəhim Qazıyevlə bir neçə dəfə görüşüb. Heç kim deyə bilməz ki, AXC rəyasət heyətinin üzvü olub Milli Qvardiya komandanının koməkçisi vəzifəsini daşıyan baş leytenant Məzahir Bağırovun bu məsələrdən xəbəri olmayıb və ölkə rəhbərini məlumatlandırmayıb. Əgər belə olubsa belə bir insanın Milli Qvardiya komandanı əvəzinə təyin olunması təqdimatına ölkə prezidenti necə qol çəkə bilərdi? Görürsünüz ki, sualın ardınca sual çıxır. Ən yaxşısı odur ki, gəlin rəhmətliyin ruhunu narahat etməyək.

Məzahir Bağırovun sərəncamına Əbülfəz Elçibəy məhz 17 iyun tarixində qol çəkib, yəni Kələkiyə getdiyi gün. Hələ onu da deyim ki, Prezidentin təyyarəsi Naxçıvan aeroportuna düşəndən sonra təyyarənin mühafizəsində olan Elçibəyin yaxın qohumunun əlində avtomat müəmmalı səbəbdən zamanı açılıb Güllə təyyarənin qanadına dəyib, sonra da Elçibəyə deyiblər ki, təyyarə qəzalıdır, uça bilmərsiniz. 7 iyun axşamı biz Surətin əsarətində olanda MTN əməkdaşları ilə bir yerdə idik. Bizi hərbi hissənin həyətindəki yeraltı bombadan mühafizə istehkamlarında saxlayırdılar. Günorta saatlarında Gəncədə yerləşən ruslara məxsus olan xüsusi təyinatlıların bir neçə nəfəri yanmıza gəlmişdilər. MTN əməkdaşları ilə onlar vaxtılə Çaykənd əməliyyatında bir yerdə iştirak etmişdilər. Uşaqlar onları tanıdılar. Bizimlə bir yerdə olan MTN əməkdaşları məni də bu ruslarla gedən söhbətə dəvət etmişdilər. Rus təyinatlıları bizə təklif edirdi ki, siz bizimlə gedək Bakıda Elçibəyin qaldığı yeri bizə göstərin, yəni bizə bələdçilik edin. Mən onlara sual etdim ki, sizi bizim yanmıza kim göndərib, dedilər Surat Hüseynov. Mən də onlara dedim ki, nə əcəb Surət sizə deməyib ki, Elçibəyi satanları dünəndən Bakıya göndərmişəm? Siz ünvanı səhv salmısınız, burada vətən satan yoxdur. Mənim bu sözümdən sonra onlar çıxıb getdilər. Bu hadisənin canlı şahidi olan zabitlərin bir çoxu bu gün də yüksək postlarda xidmət edir.

Ola bilsin ki, Elçibəyə bu tipli çaşdırıcı informasiyalar vasitəsi ilə təsir etmək istəyirdilər. Bu faktlar ona əsas vermir ki, deyəsən Elçibəy qorxdu qaçdı. Elçibəy komandasının əsas da güc strukturalarına rəhbərlik edənlərin fərasətsizliyi, qeyri-peşəkarlığı ucbatından prezident postunu tərk edərək Kələkiyə getməyə məcbur oldu”.

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …

Bir cavab yazın