Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Milli Məclisin növbədənkənar iclasında Prezidentin göndərdiyi təkliflər müzakirə edilir

Milli Məclisin növbədənkənar iclasında Prezidentin göndərdiyi təkliflər müzakirə edilir

 

Azinforum.az xəbər verir ki, Milli Məclisin növbədənkənar iclası öz işinə başlayıb. Dövlət himninin oxunmasından və deputatların qeydiyyatdan keçməsindən sonra spiker Oqtay Əsədov gündəliyi də səsverməyə çıxartdı.
Növbədənkənar sessiya olduğu üçün cari məsələlərə yer ayrılmayacağını qeyd edən spiker son iclasda hökumətə təkliflər verildiyi və islahatlara başlanılacağı barədə dediklərini xatırlatdı. O, bildirdi ki, prezidentin rəhbərliyi ilə keçirilən son müşavirədə səslənən fikirlər də bunun təsdiqidir.
“Mən bir daha şahid oldum ki, iqtisadçıların içində iqtisadiyyatı ən güclü bilən elə bizim cənab prezidentir. Cənab prezident müzakirə üçün iki zərf göndərib. İlk zərfdə 5 məsələ, ikinci zərfdə isə iki məsələ var. Onlar sizin müzakirənizə təqdim olunacaq” – deyə O.Əsədov bildirib.
Bundan sonra spiker prezidentin parlamentə təqdim etdiyi məsələlərlə bağlı məlumat vermək üçün sözü parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəyə verdi. Komitə rəhbəri dedi ki, ölkə prezidentinin son tapşırıqları və imzaladığı sənədlər sübut edir ki, Azərbaycan çox yaxın zamanlarda normal həyata qədəm qoyacaq.
Z.Səmədzadə neftin dünya bazarında qiyməti dörd dəfə aşağı düşdüyü üçün ölkənin gəlirlərinə yenidən baxılacağını dedi. O, həmçinin bildirdi ki, vəziyyətlə əlaqədar milli istehsala diqqət artırılacaq.

Z.Səmədzadə dedi ki, təqdim olunan layihəyə əsasən banklardakı bütün əmanətlər sığortalanacaq: “Bu, MDB məkanında anoloqu olmayan bir qanundur, orada əmanətlərin tam sığortalanması əksini tapır. Bu, ona imkan verir ki, insanlar “panika”ya düşmədən əmanətlərini bankda saxlasınlar. Bu qanunun da təşəbbüskarı cənab prezidentdir. Bizim 9 milyard manata yaxın əmanətimiz var. Yeni qanun layihəsinə əsasən əmanətlərə görə olan dividentlərdən əvvəlki kimi heç bir faiz tutulmayacaq. Vergi Məcəlləsinə edilən dəyişikliklər də Azərbaycana investisiya axınına, real sektorun inkişafına, onlara müəyyən güzəştlərin verilməsinə yönəlib”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın