Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Milli Məclisin iclasında deputat Çingiz Abdullayevi vəzifələrindən imtinaya çağırdı

Milli Məclisin iclasında deputat Çingiz Abdullayevi vəzifələrindən imtinaya çağırdı

Milli Məclisin yaz sessiyası başlayıb. Dövlət Himninin oxunmasından və keçmiş deputat, mərhum akademik Cəlal Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra sessiyanın qanunvericilik işləri üzrə planının müzakirəsinə keçildi.
Deputat Zahid Oruc yazıçı Çingiz Abdullayevin son açıqlamasına diqqət çəkdi: “Çingiz müəllim detektiv janrda tirajı milyonu keçən tanınmış yazardır. Bu yaxınlarda “4 uşaq atasını necə işdən çıxardım” deyə, bir çağırışda bulunmuşdu. Məncə, Çingiz müəllim mənim bu sözümdən inciməz. Çingiz Abdullayevin özü 4 vəzifəni daşıyır. O, elə qələm adamlarındandır ki, öz kitablarlı ilə yaxşı yaşaya bilər. Çingiz müəllimin bu açıqlaması özünə də, bəzi millət vəkillərinə də, məmurlara da aiddir. Heç kimə sirr deyil ki, nazir gedib auditoriyada dərs deyə bilməz. Ən azından min vəzifə buradan yarana bilər. Qoy, Çingiz müəllim başlasın, tutduğu vəzifələrdən imtina etsin, digərləri də bu prosesi davam etdirsin”.
Z.Oruc işğal altındakı ərazilərimizin adlarının kafe və restoranlara, digər obyektlərə qoyulmasına da etiraz etdi: “Şuşa və ümumiyyətlə, işğal bölgəsi ilə bağlı adlar yığışdırılmalıdır”.
Deputat Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəqil olmasını təklif etdi. Ardınca icra başçılarını tənqid etdi: “Biri gedir, başqası gəlir, amma əvvəlkinin qərarlarını ləğv edir. Bu, niyə belə olmalıdır ki..?”
Z.Oruc MİS-lərin fəaliyyətsiz qurumlara çevrildiyi halda, bu quruma vəsaitlərin ödənildiyini xatırlatdı, bu sahədə islahatlara gedilməsini zəruri saydı.
Dağlıq Qarabağ Muxtar Vilayətinin 90-cı illərdə ləğv edildiyini xatırladan Z.Oruc bildirdi ki, bu gün Dağlıq Qarabağ adı ermənilərdə mövcuddur: “Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunmalıdır”.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın