Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Milli Məclisdə valyuta bazarı ilə bağlı müzakirələr başladı

Milli Məclisdə valyuta bazarı ilə bağlı müzakirələr başladı

Milli Məclis komitələrinin birgə iclasında Azərbaycanda valyuta bazarının tənzimlənməsini nəzərdə tutan layihələrin müzakirəsi başlayıb.

“Report” xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilir.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmilər iclasda iştirak edirlər.

İclasın gündəliyinə 7 məsələ daxildir. Parlament komitələrinin birgə toplantısında “Əmanətlərin sığortalanmsı haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” qanunlara, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsini, “Valyuta tənzimi haqqında” qanun layihəsini və digər məsələlər müzakirə edilir.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın