Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Milli Məclisdə əlil tələbə polemikası – YAP-çı deputat problemi qaldırdı, spikersə…

Milli Məclisdə əlil tələbə polemikası – YAP-çı deputat problemi qaldırdı, spikersə…

Moderator.az xəbər verir ki, sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatınmın sədri, millət vəkili Məlahət İbrahimqızı birinci qrup əlil tələbələrlə bağlı məsələ qaldıraraq onların təhsil xərcindən azad edilməsinin zəruriliyini bildirdi:
“Oqtay müəllim, 2005-ci ildə Siz Milli Məclisə spiker seçilərkən gələcək fəaliyyətinizlə bağlı söylədiniz ki, biz təkcə yeni qanunların qəbuluna deyil, həm də qəbul olunan qanunların təkmilləşdirilməsinə diqqəti ayıracağıq. Həqiqətən də ötən müddətdə bu istiqamətdə çox böyük işlər görülüb.
Amma yay mövsümündə mən belə bir problemlə üzləşdim. Mənim seçki dairəmdə də bu cür problem vardı. Məsələ burasındadır ki, möhtərəm prezidentimizin dəstəyi ilə ölkədə elə bir sosial məsələ yoxdur ki, oarada dövlətimizin qayğısı hiss olunmasın. Istər qaçqınlarla, istər şəhid aiələri ilə, o cümlədən də valideynlərini itirimiş uşaqlarla bağlı dövlətimizin qayğısı hiss olunur. Amma nədənsə birinci qrup əlil tələbələrlə bağlı məsələ həllini tapmayıb. Ola bilsin ki, bu məsələ diqqətimizdən qaçıb. Yaxud ola bilsin ki, bu, azsaylı insanı əhatə etdiyinə görə belədir. Hətta mən araşdırma da apardım və bəlli oldu ki, Nəsimi rayonunda iki belə tələbə var ki, onlar yüksək bal toplayıb ali məktəblərə qəbul olunsalar da ödənişliyə düşdüklərinə görə çıxılmaz durumda qalıblar. Çünki bunların valideynləri də işləyə bilmir və hər gün bu uşaqları özləri universitetlərə aparıb gətirirlər. Ona görə də hesab edirəm ki, məcburi köçkünlər, şəhid ailələri və valideynləri xəstə olanların övladları təhsil haqqından azad olunduğu kimi birinci qrup əlil tələbələrə də belə bir güzəşt tətbiq edilməlidir. Ölkə üzrə bu kateqoriyadan olan tələbələrin sayı heç yüz nəfər də deyil. Sizdən xahişim odur ki, mövcud qanunvericiliyə dəyişiklik edilsin və bu kateqroya gənclərə də dövlət qayğısı şamil edilsin”.
Millət vəkilinin çıxışına dərhal reaksiya verən Oqtay Əsədov kiminləsə dəqiqləşdirdikdən sonra bildirdi ki, bu kateqoriya gənclər üçün də qanunda güzəştlər nəzərdə tutulub, amma bir daha dəqiqləşdirmə aparıb tədbir görülməsinə çalışarlar. Amma sonradan çıxış edən millət vəkili Qənirə Paşayeva Məlahət xanımın qaldırdığı məsələni dəstəkləyərək faktlarla həmin əlil tələbələrin ona da müraciət etdiyini və universitetlərin doğrudan da onlara güzəşt tətbiqindən imtina etdiyini bildirdi. Bununla da bəlli oldu ki, problem var və qalır onun həlli üçün universitet rektorlarını başa düşdükləri dildə başa salmaq…

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın