Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Milli Məclisin üzvləri Qazaxıstana səfər edəcəklər

Milli Məclisin üzvləri Qazaxıstana səfər edəcəklər

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyev “İnnovativ iqtisadiyyata qanunvericilik dəstəyi” adlı beynəlxalq konfransda iştirak etmək üçün iyunun 19-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən  bildirilib ki, tədbir Qazaxıstan Parlamenti Məclisi tərəfindən bərpa olunan və alternativ enerji mənbələrinə həsr olunmuş EXPO-2017 Astana Beynəlxalq Sərgisinin hədəf və məqsədlərinin təşviqi ilə bağlı həyata keçirilir.

Deputatlarımız səfər çərçivəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının Ətraf mühit və təbii ehtiyatlar komissiyasının 3-cü iclasına da qatılacaqlar. Toplantıda “Alternativ enerji mənbələrinin inkişafı” mövzusunda müzakirələr aparılacaq. (APA)

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın