Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Milli Məclisin iclası şəhidlərin xatirəsini yad etdi

Milli Məclisin iclası şəhidlərin xatirəsini yad etdi

İclası açıq elan edən spiker Oqtay Əsədov əvvəlcə son günlər cəbhədə baş verən gərginliyə münasibət bildirib.

O qeyd edib ki, həmişə Azərbaycan yüksək nailiyyətə nail olanda Ermənistan təxribata əl atıb: “Əvvəllər olduğu kimi, son günlərdə törədilən təxribata da Azərbaycan Ordusu layiqli cavab verdi. Ordumuz güclü əməliyyat keçirərək, Ermənistana həddini göstərdi”.

Daha sonra cəbhədə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

O.Əsədov Minsk Qrupunu da tənqid edib: “Minsk Qrupuna heç bir ümidimiz qalmayıb, onların bugünkü toplanmasından da heç nə gözləmirik”.

O qeyd edib ki, cəbhədə baş verənlərin səbəblərindən biri də məhz onların indiyə qədər konkret iş görə bilməməsidir: “Biz onlardan konkret həll variantını ortaya qoymalarını istəyirdik”.

*   *   *12:08

Milli Məclisin növbəti plenar iclası bu gün öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasın gündəliyinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, “Antiinhisar fəaliyyəti haqqında” qanununa, Cinayət Məcəlləsinə, Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və digər bir sıra qanunlara əlavə və dəyişiklikər olmaqla 21 məsələ daxildir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın