Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Sosial / Milli Məclisdə Rusiyaya kəskin etirazlar – deputatlar konkret addımlara çağırdılar

Milli Məclisdə Rusiyaya kəskin etirazlar – deputatlar konkret addımlara çağırdılar

“Azərbaycan həmişə əməkdaşlıq etdiyi dövlətlərə münasibəti çox yaxşı olub. Lakin buna baxmayaraq, Rusiyada bəzi dövlət məmurları öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutaraq Rusiya ilə münasibətlərə xələl gətirməyə çalışır”.

Deputat Siyavuş Novruzov bu fikirləri Milli Məclisin bugünkü iclasında Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı qərara etiraz edərkən bildirdi. Deputat xatırlatdı ki, Azərbaycanda Rusiya ilə bağlı kifayət qədər bağçalar, məktəblər, institutlar var: “Baxmayaraq ki, Ermənistanda bir rus bağçası da yoxdur, amma erməni diasporunun nümayəndəasinin ad gününüə Rusiya dövlət nümayəndəsi də qatılır. Bizə beynəlxaql təşkilatlar tərəfindən təzyiqlər olsa da, biz heç vaxt Rusiyaya qarşı çıxmamışıq, hər zaman neytrallığımızı qorumuşuq. Ancaq biz bunun qarşılığını görmürük. Hesab edirəm ki, son qərarla bağlı parlament, dostluq qrupu ciddi bir müraciət etməlidir. Demək, Rusiya bütün işlərini başa çatdırıb, qalıb ÜAK və onun fəaliyyəti? Bütün aidiyyatı strukturlara müraciət edirəm, Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərin qanunu fəaliyyət göstərib-göstərməməsi barədə araşdırmalar aparılsın. Çünki bu, çox ciddi, ictimaiyyəti, siyasi partiyaları narahat edən məsələsidir. Münasbətlərin korlanmasına xidmət edən addıma yol verməməliyik. Rusiya Dumasındakı dostluq qrupuna da çağırış edirəm. Rusiya dövlət başçısının da məsələyə münasibəti olmalıdır ki, münasibətlərə xələl gəlməsin”.

Spiker Oqtay Əsədov isə deputatın dediklərinə düzəliş etdi: “Biz bütün beynəlxalq təşkilatlarda Rusiyanı dəstəkləmişik və dəstəkləyirik. Spiker əlavə etdi ki, istənilən QHT-nin fəaliyyətində nöqsanlar tapmaq mümkündür. O.Əsədov Rusiyanın həmsədr ölkə kimi neytral olmalı olduğunu da vurğuladı.

Deputat Arif Rəhimzadə də son qərarın cəmiyyətdə narazılıqla qarşılandığını dedi: “İş ondasdır ki, bu təşkilat ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılııb. Bu təşkilatın ləğvi diasporaya yox, Azərbaycana qarşı xoşa gəməyən addımdır. Azərbaycanla Ruisiya arasında yaxşı münasibətlərdən hər yerdə danışırıq, ancaq görək bu münasibətlər ikitərəflidirmi? Rusiya çar vaxtında aparılmış siyasətini indi də aparır. Necə ola bilər ki, qondarma erməni soyqırımı ilə əalaqədar Rusya qərar qəbul edib, ancaq gözünün qabağında olan Xocalı haqqında qərar vermir? Necə olur Lapşinlə bağlı müraciətər edir, amma öz dədə-baba yurdunu ziyarət edən Dilqəm Əsgərov haqda mövqeyini bildirmir. Bu, təsadüfi deyil. Prezidentlər arasında münasibətlər yaxşıdır, amma hər şeyi prezidentlər həll etmir. Burada kənar qüvvələrin rolu var. Biz şəxsən Putinə də müraciət etməliyik ki, belə hallara son qoysunlar. Düzdür, Rusiya böyük dövlətdir, ancaq bu, o demək deyil ki, onun hansısa böyük qüvvələri bizi ayaqlayıb keçməlidir”.

Deputat Əli Hüseynli qərarın hüquqi qüvvəyə minmədiyi bir şəraitdşə çalışmalı olduğumuzu bildridi.

Deputat Zahid Oruc dedi ki, biz günahkar axtarışına çıxmamalı, soydaşlarımızı bir-birinə qarşı qoymamalıyıq, səfərbər olunmalıyıq.

Vitse-spiker Bahar Muradova dedi ki, bu, təkcə Azərbaycana deyil, həm də Rusiyanın öz vətəndaşlarına olan münasibətidir: “Biz özümüzün rus kökənli vətəndaşlarımızın dilinə, mədəniyyətinə hörmətlə yanaşırıq. Əlbəttə, bu cür münasibəti digər ölkələrdə yaşayan azərbaycanlılara da adekvat münasibətlər göstəriməsini tələb etməyə haqlıyıq”. Vitse-spiker dedi ki, Rusiyada Azərbaycanı istəməyən dairələr var. Amma Rusiyada Azərbaycanın dostları daha çoxdur. Biz bu vəziyyəti dostlarımızla müzakirə etməli, onları Rusiyanın bu hərəkətlərindən çəkinməsi üçün addım atmağa çağırmalıyıq. Azərbaycanlı Rusiya vətəndaşlarından da tələb olunur ki, onlar yol verilmiş nöqsanları aradan qaldırsınlar”.

Deputat Əflatun Amaşov dedi ki, Azərbaycanı strateji tərəfdaş hesab edən bir dövlətin bu addımı gözlənilməzdir, onda təəccüb və heyrət yaradır: “ÜAK-ın dövlət qeydiyyatı ləğv edilirsə, təbii ki, bu, ikitərəfli münasibətlərə mənfi təsir edir. Bu təşkilatın fəaliyyətinin dayandırılması Azərbaycan əleyhinə olan qüvvələrin fəaliyyətinin nəticəsidir. Konqres heç də Rusiya qanunlarına zidd fəaliyyət göstrəməyib və göstərə də bilməzdi. Ona görə də rusiyalı deputatlara müraciət etməliyik”. Ə.Amaşov Mətbuat Şurasının Azərbaycan jurnalistləri adından Rusiyaya etiraz bildirildiyini də xatırlatdı.

Deputat Aydın Mirzəzadə də qərara etirazını bildirdi: “Təkcə Moskva şəhərində azərbaycanlılar say etibarilə üçüncü etnik qüvvə sayılır və onlar hər zaman Rusiya qanunlarına hörmətlə yanaşıblar. Belə olan təqdirdə verilən qərar heç cür başadüşülən deyil. Məgər Rusiya Ermənilər İttifaqının fəaliyyətində qanunsuzluqlar yoxdurmu? Amma həmin təşkilat barədə hər hansı fikir bildirilmir. Mən Rusiya Ali Məhkəməsinin qərarını pisləyirəm. Amma yenə də Rusiya ilə istənilən məsələnin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyam. Ümid edirəm ki, Rusiya prezidenti bu məsələyə biganə qalmayacaq”.

Deputat, Rus İcmasının rəhbəri Mixail Zabelin bildirdi ki, son vaxtlar bir neçə dəfə Rusiyadakı müvafiq qurumlara müraciət edib: “Rusiya Azərbaycan kimi çoxmillətli ölkədir. Biz, Azərbaycanda yaşayan ruslar burada rus dilinə, rus mədəniyyətinə münasibətini yüksək qiymətləndiririk, hər zaman razı qalmışıq. Rusiyaya ünvanladığımız müraciətlərdən sonra ÜAK-la bağlı qərarın müsbət olacağını düşünürdük. Amma çox təəssüf edirik ki, belə bir qərar verildi”. M.Zabelin Rus İcması adından Rusiyanın müvafiq dairələrinə xitabən “biz Ali Məhkəmənin qərarının ləğvini tələb edirik”-söylədi.

Deputat Elman Nəsirov da həmsədr dövlət olan Rusiyanın tərəfsiz mövqedə dayanmadığını təəssüflə bildirdi: “Yəqin ki, Rusiyada da bir fak məlumdur ki, bu günə qədər Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara Azərbaycan qoşulmayıb, bu, çox çətin məsələdir. Elə isə nə baş verir? Niyə məhz indi ÜAK-la bağlı qərar qəbul edilir? Məncə, bu, siyasi təzyiq üsuludur. 2012-ci ildə də prezident seçkiləri ərəfəsində təzyiqlər işə salınmışdı. 2018-ci il prezident seçkiləri ərəfəsində də növbəti təzyiqlər işə salınıb”.

Deputat Fazil Mustafa dedi ki, ya Azərbaycandan idarə olunan, ya da müstəqil fəaliyyət göstərən diaspora təşkilatını arzulamırlar: “Artıq Rusiya hakimiyyətinin yanında olan diaspor təşkilatını da arzulamırlar. Biz bu addımın qarşılığında hansısa addımlar atmalıyıq. Baxın, Xocalı abidəsinin yaxınlığında Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin binası var. Biz münasibətləri qoruyub-saxlamağa çalışırıq. Amma bütün sahələrdə çalışan şəxslər müraciətlər etməliyik. Əgər hüquqi qərar verildisə, daha böyük təşkilatın yaradılması ilə bağlı hərəkətə keçməliyik”.

Deputat Elmira Axundova da çox məyus olduğunu bildirdi: “Biz həmişə öyünürdük ki, Azərbaycanda 400-dən artıq rus məktəbi var, görünür, bu, onlara lazım deyilmiş. Biz birdəfəlik bilməliyik ki, bizi Rusiyada istəmirlər, güclənməyimizi arzulamırlar. Bu, siyasi qərardır. Amma əks-addım atmağa tələsməyək, təxribatlara uymayaq. Bəzi qüvvələr bəlkə elə bunu istəyirlər ki, biz addımlar ataq. Rus icması bizim vətəndaşlarımızdır və onları qorumalıyıq”.

Deputat Fərəc Quliyev isə “adekvat münasibət bildrimədikcə, Rusiya növbəti təzyiqlərə əl atacaq” deyə, konkret addımlar atmağa çağırdı: “Biz Xocalı soyqırımında iştirak edən ordunun sovet ordusu yox, Rusiya ordusu olduğunu qeyd etməliyik. Milyarderlər İttifaqını yaratmaqla, Dağıstan prezidentini ora daxil etməsi də Azərabycana təzyiq idi. Həmçinin aprel müharibəsindən sonra Azərbaycana qarşı təzyiqlər artıb, Rusiya XİN baçısının münasibətini də gördük”.

Həmçinin oxuyun

Pirşağıda dənizi hasarlayıb, pulsuz çimərliyə buraxmırlar – Video

Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisinə düşən çimərlik hissəsi kasıb əhalinin üzünə bağlanıb. “Yeni Sabah”ın redaksiyasına …

Bir cavab yazın