Şənbə , Yanvar 29 2022
Ana səhifə / Sosial / Milli Məclisdə 95 minlik təmir işləri

Milli Məclisdə 95 minlik təmir işləri

Milli Məclisin inzibati binası təmir olunacaq. 

Bununla bağlı “Texnomaks” MMC ilə satınalma müqaviləsi imzalanıb. Müqavilənin maliyyə dəyəri 94 514.17 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Texnomaks” MMC 10 dekabr 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi, ev 22, mənzil 165-də yerləşir. Şirkətin qanuni təmsilçisi Qurbanov Rusif Fəzail oğludur.
Açıq mənbələrdə Rusif Qurbanov barəsində hər hansı məlumat yoxdur.
Xatırladaq ki, noyabr 11-də külək Milli Məclisin binasının fasad örtüyünü dağıtmışdı. Milli Məclisin binasından qopan fasad örtüyü Azərbaycan Televiziyasının (AzTV) ərazisinə düşüb. Görünür, binanın təmirinə bundan sonra ehtiyac yaranıb. 

Həmçinin oxuyun

Azərbaycanda koronavirusla bağlı qorxulu STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər …