Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Milli Məclisdə ​YAP-ın deputatlarının sayı 72-yə çatdı

Milli Məclisdə ​YAP-ın deputatlarının sayı 72-yə çatdı

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının sayı 72-yə çatıb.
“Report”un xəbərinə görə, partiyanın 72-ci deputatı 90 saylı Ağdaş seçki dairəsindən seçilib.
YAP-ın namizədlərinin 71-i 2015-ci V Çağırış Milli Məclisə seçkilərdə qalib gəlib. Hakim partiya nəticələri ləğv edilən 90 saylı Ağdaş seçki dairəsindən də namizəd irəli sürüb. İyunun 18-də keçirilən təkrar seçkilərdə YAP-ı partiyanın rayon təşkilatının sədri Cavid Osmanov təmsil edib. İlkin məlumatlara əsasən, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri C.Osmanova səs verib. Beləliklə, YAP-ın deputatlarının sayı 72-yə çatıb.
Yeni Azərbaycan Partiyası onlardan 71-nin namizədliyini rəsmi formada irəli sürüb. Bir nəfər – YAP üzvü Mirzəcan Xəlilov öz təşəbbüsü ilə seçkiyə qatılıb. 2015 – ci il noyabrın 1 – də keçirilən parlament seçkilərin o, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilib.

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …

Bir cavab yazın