Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Milli Məclis daha bir qanun layihəsinə baxmaqdan imtina etdi

Milli Məclis daha bir qanun layihəsinə baxmaqdan imtina etdi

Milli Məclisin bugünkü iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin gündəlikdən çıxarılması təklif edilib.

Bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O, qeyd edib ki, komitənin son iclasında icazələrlə bağlı deputatlar tərəfindən haqlı fikir səsləndirilib və qeyd edilib ki, icazələrin sayı azaldılsın və onlar konkretləşdirilsin:

“Bununla bağlı bir neçə gündür Prezident Adminstrasiyası ilə müzakirələr aparılıb. İşlər davam etdiyi üçün təklif edirəm ki, sözügedən qanun layihəsi bu gün gündəlikdən çıxarılsın və konkretləşdirilsin”.

Spiker Oqtay Əsədov komitə sədrinin fikirləri ilə razılaşdığını bildirib:

“Həmin qanun layihəsində icazələrin sayı azaldırılaraq 199-a endirilmişdi. Yeni təklifdə isə icazələrin sayı 164 nəzərdə tutulub”.

“Lisenziyalar və icazəılər haqqında” qanun layihəsi bu gün Milli Məclisin gündəliyindən çıxarıldı. Qeyd edək ki, qanun layihəsi bu gün üçüncü oxunuşdan keçəcəkdi.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın