Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Milli Məclis bu gün ilk iclasına başlalyır? – Hansı qanunlar müzakirə olunacaq?

Milli Məclis bu gün ilk iclasına başlalyır? – Hansı qanunlar müzakirə olunacaq?

Bu gün Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçiriləcək.

İlk plenar iclasın gündəliyinə 31 məsələ daxil edilib.

Belə ki, Milli Məclisin payız sessiyasında işlər planı, “Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” layihə, “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Həmçinin bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur.

Bunlar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunda dəyişiklər ( 2-ci səsvermə), Deputatların yeni komitələrə üzvlüyə qəbul olunması məsələsi, Vergi Məcəlləsinə dəyişiklik, “Mədəniyyət haqqında” qanuna dəyişiklik, “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik, “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik, “Reklam haqqında” qanuna dəyişiklik, “Yol hərəkəti haqqında” qanuan dəyişiklik, “Kargüzarlıq haqqında” qanuna dəyişiklik, Əməliyyat-axtarış fəaliyyəti ilə bağlı Cinayət Prosessual Məcəlləyə dəyişiklik və bir sıra hökumətlərarası memorandum, saziş və müqavilələrin təsdiqi olacaq.

Qeyd edək ki, Milli Məclisin payız sessiyası dekabrın 30-dək davam edəcək.

AzVision.az

 

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın