Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Milli Konservatoriyada qəribə qadağa – “Gedin, “narmalnı” şeylərdən yazın”

Milli Konservatoriyada qəribə qadağa – “Gedin, “narmalnı” şeylərdən yazın”

Azərbaycan Milli Konservatoriyasında qəribə qadağa qüvvəyə minib.

A24.az-ın əldə etdiyi məlumata görə, Konservatoriyada təhsil alan tələbələrə liftdən istifadə qadağan edilib. Buna görə də tələbələrin etiraz etdikləri bildirilir.

Sözügedən məsələ ilə bağlı Konservatoriyanın rektoru Siyavuş Kərimi ilə əlaqə saxladıq.

“Bu, nə mövzudur? Gedin, “narmalnı” şeylərdən yazın. Mədəniyyətdən yazın. Maşın sürürlər, ona görə qadağan olunub, əcəb olub,. Düz-əməlli söhbətlər edin, bu, mövzu deyil, axı”, – deyə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bildirib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Odlar Yurdu Universitetində tələbələrə dikdaban ayaqqabı geyinmək, Sumqayıt Dövlət Universitetində isə tələbələrə saqqal saxlamaq qadağan olunmuşdu.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …