Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Millət vəkili Türkiyəni təbrik edib

Millət vəkili Türkiyəni təbrik edib

“Bu gün qardaş Türkiyə Cumhuriyyət Bayramını qeyd edir. Strateji mütəffiqimiz olan Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək olan dövlətdir. Vətən Müharibəsindən sonra da işğaldan azad olunan ərazilərimizin bərpasına, regiona sülhün formalaşmasına ən çox dəstək verən ölkə Türkiyədir. Ən sadə məsələlərdə Azərbaycan və Türkiyəni bir-birindən ayrı hətta təsəvvür etmək belə mümkün deyil. İki dövlətin qardaşlıq münasibətləri dünya üçün bir nümunədir”.

Bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Türkiyə eyni zamanda Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındadır:

“İkinci ən böyük tərəfdaşımız olan Türkiyə ilə 2021-ci ildə ticarət dövriyyəmiz 4 milyard 661 milyon dollar olub. 

Bu 2020-ci il ilə müqayisədə 11.0 faiz artım deməkdir. Bu ilin ilk 7 ayında Azərbaycanın Türkiyə ilə 3 milyard 376 milyon dollarlıq ticarət dövriyyəsi olub. Bu əvvəlki ilin uyğun dövrünə nisbətən 24.0 % artım deməkdir. Digər tərəfdən, Türkiyə həmin müddətdə Azərbaycanın 1 milyard 885 milyon dollarlıq qeyri-neft ixracatının 26.0 faizini formalaşdırıb. İki ölkə arasındakı sərmayə qoyluşlarında da kəskin artımlar müşahidə edilməkdədir.

Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Bu daha güclü Türk dünyası deməkdir.

Qardaş Türkiyənin Cumhuriyyəti hər zaman güclü və daimi olsun!”

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …