Ana səhifə / Sosial / Millət vəkili Lukaşenkoya təşəkkür etdi

Millət vəkili Lukaşenkoya təşəkkür etdi

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi mühüm hadisədir.

Azinforum.az-ın məlumatına görə, bu barədə millət vəkili Azay Quliyev öz Facebook səhifəsində bildirib. O qeyd edib ki, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən bu şəxs haqqında Baş Prokurorluğun Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi açmasını və göndərilən sorğuya əsasən Belarusda həbs edilərək ölkəmizə təhvil verilməsini tələb etməsi alqışa layiqdir.

“Belarus Respublikasının hüquq mühafizə orqanlarına və şəxsən prezident Lukaşenkoya göstərdiyi prinsipiallığa görə təşəkkür edirəm.

Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətsizlik edən və ya etmək istəyən hər kəs üçün ciddi bir dərs olacaq və bundan sonra belə bir qanunsuz əməllərə əl atmaq niyyətində olanları əvvəlcədən hərtərəfli düşünməyə vadar edəcək. Azərbaycanın qanunlarına hörmət etmək hər kəsin borcudur.
Ölkəmizə qarşı cinayət törədən istənilən şəxs bilməlidir ki, onlar gec və ya tez ədalət mühakiməsi qarşısında cavab verməli olacaq və layiq olduqları cəzanı alacaqlar”.

Həmçinin oxuyun

Mənzil bazarında bu evlərə kirayəçi tapılmır

“Mart ayında kirayə mənzil bazarında qiymətlərdə heç bir dəyişiklik baş verməyib. Bu da kirayənişin qıtlığı …

Bir cavab yazın