Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / Millət vəkili: “ Baş prokurorluq indiyə qədər MTN-ə nəzarət etməyib?”

Millət vəkili: “ Baş prokurorluq indiyə qədər MTN-ə nəzarət etməyib?”

Millət vəkili Zahid Oruc Baş Prokurorluğun nəzdindəki təhlükəsizlik orqanlarına nəzarət edən qurumun fəaliyyətini, xüsusilə də məlum MTN olayları fonunda kəskin tənqid edib.

Gün.Az xəbər verir ki, millət vəkili parlamentin hansısa güc strukturlarına, hüquq-mühafizə orqanlarına nəzarət etmək funskiyası olmadığı deyib:

“Ancaq Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bu qurum görəsən indiyə qədər hansı fəaliyyətlə məşğul olub? O görəsən zamanında MTN ətrafında baş verən hadisələri bilibmi? Ona nəzarət edibmi?

Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır. Ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq zaman gəlib ki, həmin qurumlar ləğv edilsin”.

Həmçinin oxuyun

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin

Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi …

Bir cavab yazın