Şənbə , May 28 2022
Ana səhifə / Sosial / MİDA-nın qalmaqallı satışı ləğv edilə bilər – Ekspert

MİDA-nın qalmaqallı satışı ləğv edilə bilər – Ekspert

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) elan etdiyi sosial mənzil satışlarının şəffaflığı ilə bağlı vətəndaş narazılığı var. Bir neçə dəfə sosial mənzil satışlarına qatıldığını, amma mənzil ala bilmədiyini deyən vətəndaşlar seçimlərin qaydalara uyğun olmadığını iddia edirlər.

Bəs MİDA-nın bir neçə saniyəyə baş tutan mənzil satışları ləğv oluna bilərmi?Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlama verib.

O, şübhə və ehtimalların yoxlanılmalı olduğunu düşünür:

“Əslində, MİDA-nın yaranması və onlayn formatda qeydiyyatdan keçərək satışların həyata keçirilməsinin əsas hədəfi şəffaflığın artırılması idi. Elan edilmişdi ki, MİDA-da mənzillər elektron qaydada satılacaq və bu şəffaflıq, insanlarda güvən yaradacaq. Azərbaycanda bir çox hallarda olduğu kimi bu da əksinə oldu, yəni insanlarda çoxlu suallar, şübhələr yarandı. İndiki durumda belə ehtimal etmək mümkündür ki, həmin mənzillər öncədən rəsmiləşdirilir, sadəcə portal açılan an özlərinin mütəxəssisləri vasitəsilə bir neçə saniyəyə 500 evin satılması prosesi həyata keçirilir. Ən azından belə ehtimal və şübhələr yaranıb. Bu da onu deməyə əsas verir ki, MİDA-da mənzil satışı ilə bağlı güvən yaratmalı olan sistem, əksinə, güvənsizlik və şübhələr doğurdu. Ona görə də bu, çox ciddi yoxlanılmalıdır. Orada hansı proseslərin baş verdiyini İT mütəxəssiləri vasitəsilə əlaqədar hüquq mühafizə orqanları çox asanlıqla yoxlaya bilər. Amma nədənsə bu günə qədər bununla bağlı yoxlamaların başlaması haqqında məlumat da yoxdur”.

N.Cəfərli satışların yalnız iki halda ləğv oluna biləcəyini deyir:

“Buna MİDA-nın idarə heyəti qərar verə bilər. Yaxud da özlərini aldadılmış hesab edən alıcılar, öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilər. Yaxşı olardı ki, bir neçə nəfər qrup şəklində bu məsələ ilə bağlı məhkəmə iddiası qaldırsın. Məhkəmə qərarı olarsa, həmin satışlar ləğv edilə bilər. Amma başqa cür bunun ləğv olunması mümkün deyil”.

Xatırladaq ki, MİDA-nın ötən gün satışa çıxardığı mənizllərinin bir neçə saniyə ərzində satılması ciddi narazılığa səbəb olmuşdu.

Həmçinin oxuyun

Bazar gününün hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, …