Ana səhifə / Sosial / MİDA-nın fəaliyyəti təftiş edilir – Ard-arda yoxlamalara başlanıldı

MİDA-nın fəaliyyəti təftiş edilir – Ard-arda yoxlamalara başlanıldı

Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yoxlamalar başlayıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, bir müddət öncə Maliyyə Nazirliyi MİDA-da audit yoxlamaları keçirib. Yoxlamanın nəticəsində bir sıra nöqsanlar aşkar edilib.
Bu səbəbdən də Hesablama Palatası da MİDA-da yoxlama aparacaq. Palata qurumun büdcə vəsaitlərinin necə xərclənməsini araşdıracaq.
Qeyd edək ki, MİDA-nın tender layihələrinin icrasını həyata keçirən qalib şirkətlərin agentlik rəhbərinə yaxın şəxslərə aid olduğu da bildirilir.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …