Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Sosial / MİDA-nın evləri yenə saniyələr içində satıldı

MİDA-nın evləri yenə saniyələr içində satıldı

Bu gün MİDA-da onlayn şəkildə satışa çıxarılan evlər 1 saniyə ərzində alınıb.

Bu barədə tanınmış bloqer, IT üzrə mütəxəssis Fərid Pərdəşünas “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, qurum tərəfindən evlərin xüsusi proqramlarla alışının qarşısının alınması üçün ekranda göstərilən təhlükəsizlik tədbirlərinin sındırılması nəticəsində evlərin satışı 1 saniyə ərzində bitib.

Xatırladaq ki, MİDA ilə bağlı problem dəfələrlə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilsə də, qurumun bununla bağlı gördüyü təhlükəsizlik tədbirləri yetərincə olmayıb. Sosial şəbəkə istifadəçiləri evlərin haqsız rəqabət şəklində alındığını qeyd ediblər.

Həmçinin oxuyun

Hesablama Palatası bu qurumda nöqsanlar aşkarladı 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Z. Məmmədov adına xəstəxananın Vərəm şöbəsində stasionar şəraitdə müalicə …