Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / MİDA: “Mənzillərin 60%-dən çoxu müdaxilə nəticəsində seçilib “

MİDA: “Mənzillərin 60%-dən çoxu müdaxilə nəticəsində seçilib “

Güzəştli mənzil sisteminin tətbiqinin əsas məqsədi güzəştlə mənzil əldə etmək istəyən şəxslər üçün bərabər şəraitin yaradılmasıdır”. 

Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı bütün mənzillərin satışının ləğv edilməsi ilə bağlı suala cavabında deyib
. O bildirib ki, bir sıra şəxslər isə onlara müraciət etmiş şəxslərin seçimlərini daha tez etmək üçün xüsusi proqram təminatları hazırlayıblar:

“Onlar artıq digər vətəndaşların mənzil seçmək hüququnu məhdudlaşdırıblar. Ona görə də ümumilikdə onlar dövlət qurumlarının da fəaliyyətinə maneçilik törədiblər. Xüsusi proqram vasitəsilə müdaxilə nəticəsində bu sistemdən istifadə etmək istəyən digər vətəndaşların da hüquqlarını məhdudlaşdırıb. Satışa çıxarılmış mənzillərin 60%-dən çoxu müdaxilə nəticəsində qeyri-qanuni yolla seçilib. Ona görə də bərabərlik pozulduğu üçün bütün seçimlər ləğv edilib”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …