Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / MHP artıq müxalifət deyil – Atilla Kaya

MHP artıq müxalifət deyil – Atilla Kaya

Aprelin 16-da Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirildi.

Məlum olduğu kimi, Milliyyətçi Hərəkat Partiyası (MHP) referendum məsələsində hakim Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləyirdi.

Belə şəraitdə MHP-ni müxalifət adlandırmaq olarmı?

MHP başqanının keçmiş müavini, partiyanın İstanbul millət vəkili Atilla Kaya Modern.az-a açıqlamasında MHP–ni müxalifət kimi qiymətləndirmədiyini bildirib.

“AKP və MHP birlikdə hərəkət edirdilər. Buna görə də deyə bilərik ki, MHP fərqli zəmində ya da fərqli istiqamətlərdə müxalifət adlandırıla bilməz. Partiya AKP ilə birlikdə rejim dəyişikliyini gündəmə gətirdi və onu dəstəklədi. Sabah partiyamız AKP-ni tənqid etsə belə, müxalifət olması müzakirə obyekti olmamalıdır”.

Qeyd edək ki, referendumun nəticəsinə görə, siyasi sistem dəyişikliyinə “hə” deyənlər 51.41 faiz, “yox” deyənlər isə 48.59 faizdir.

Xatırladaq ki, Konstitusiya dəyişikliyinə görə, Türkiyədə prezidentin səlahiyyətləri artırılır.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın