2018-ci ilin yanvar-noyabr aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artaraq 209,8 milyon nəfərə çatıb.
