Şənbə , Avqust 13 2022
Ana səhifə / Sosial / “Metak”ın işçisi hündürlükdən yıxılaraq öldü

“Metak”ın işçisi hündürlükdən yıxılaraq öldü

“Metak” şirkətinin əməkdaşı hündürlükdən yıxılması nəticəsində ölüb.

Bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyulun 18-i saat 22 radələrində rayonun Böyükşor qəsəbəsi ərazisində yerləşən “Metak” MMC-də qaynaqçı işləyən, 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə istintaq davam edir.

Həmçinin oxuyun

Kirayə evlər niyə bahalaşır? – Açıqlama

“Hazırda inflyasiyanın sürətlənməsi kirayə mənzillərin bahalaşmasına səbəb olur. Əsasən də yay aylarında nisbətən ucuz olan …