Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / “Meşənin içində də kənd təsərrüfatı təyinatlı sahə olar?” -Millət vəkili

“Meşənin içində də kənd təsərrüfatı təyinatlı sahə olar?” -Millət vəkili

Bu gün ən çox müzakirə olunan məsələlərdən biri torpaqların təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsidir:
Moderator.az xəbər verir ki, bunu millət vəkili Tahir Süleymanov Milli Məclisdə (MM) Aqrar siyasət komitəsinin təşkil etdiyi təqdimatda çıxışı zaman deyib.
Millət vəkili hesab edir ki, torpaqlar mütləq istifadə edilməlidir, özü də təyinatına uyğun olaraq.
“Kimsə bu məsələdə özbaşınalıq edə bilməz. Amma bizim rayonda, biz tərəflərdə qəribə bir halla da rastlaşmışıq.
Belə ki, meşənin içində kimsə boş sahəyə sahiblənib deyir ki, bura mənimdir. Axı, meşənin içində bu, necə ola bilər? Meşənin içində də kənd təsərrüfatı təyinatlı sahə olar? Hesab edirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsi gələcək fəaliyyətində bu məsələyə də diqqət yetirməlidir”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …