Ana səhifə / Sosial / Meqapolislərin baş bəlası – tıxaclar: çıxış yolu asan olmayan problem

Meqapolislərin baş bəlası – tıxaclar: çıxış yolu asan olmayan problem

Yəqin elə bir avtomobil sahibi tapılmaz ki, tıxaclardan şikayətçi olmasın. Hazırda avtomobil tıxacları insanların gündəlik qarşılaşdıqları, stressə və gərginliyə səbəb olan problemlərindən biridir. Təbii ki, bu narahatlıq anlaşılandır. Bir tərəfdən vaxt itkisi, digər tərəfdən bu gərginliyin sağlamlığa vurduğu zərbə nəqliyyat vasitələrindən istifadə edənlərin haqlı giley-güzarına əsas verir. 

Yeni dərs ilinin başlanması ilə paytaxt Bakıda avtomobillərin tıxac problemi özünü daha qabarıq şəkildə bürusə verir. Bu problem dünyanın əksər ölkələrində yaşanır və həlli çox da asan başa gələn məsələ deyil.

Dünyada ən böyük avtomobil tıxacı 2010-cu ildə Çində qeydə alınıb. Avqustun 14-dən 25-ə kimi davam edən bu tıxac zamanı sürücülər 100 kilometr məsafəni beş günə qət ediblər.

Tıxaclardan ən çox əziyyət çəkən Hindistan sakinləridir. Bu ölkədə yaranan tıxaclar zamanı hətta polislər də sürücülərə kömək edə bilmirlər. Hindistanda yaranan tıxacların əsas səbəbi inəklərin avtomobil yollarının tən ortasında peyda olmalarıdır. Bu ölkədə isə onlara heç kim əl vura, yaxud qova bilməz. Çünki Hindistanda inək müqəddəs heyvan sayılır.
Avtomobil tıxacları ilk dəfə Romada yaranıb. Bu problemdən ilk əziyyət çəkən italyanlılar iş vaxtı şəxsi avtomobillə Romanın mərkəzinə girişi qadağan ediblər.

Sinqapurda tıxacların yaratdığı problemlərin aradan qaldırılması üçün hökumət nümayəndələri qeyri-adi üsula əl atıblar. Belə ki, onlar ölkələrində avtomobillərin satışına məhdudiyyət qoymaqla yanaşı, onların qiymətini bazar qiymətlərindən üç dəfə baha satılmasına qərar veriblər. Bununla bərabər hamının eyni vaxtda avtomobildən istifadə etməməsi üçün ölkənin dövlət müəssisələrində iş müxtəlif vaxtlarda başlayır.

İsveçdə avtomobil tıxaclarının yaratdığı problemlərə fərqli yanaşıblar. Ölkədə tıxacda qalanlar üçün xüsusi dua kitabları çap olunub. Sürücülər tıxacda qalan zaman səbrli olmaq üçün bu kitabdan istifadə edərək dua oxuyurlar.

Afinada tıxaclardan yaxa qurtarmaq üçün maraqlı bir sistem mövcuddur. Nömrələri cüt rəqəmlə bitən avtomobillər ayın cüt günləri, tək rəqəmlə bitən atomobillər isə ayın tək günləri sürülə bilər. Bu sistem yalnız iş günlərində tətbiq olunur. Tətbiq olunan bu sistemdən yayınmaq üçün Afinada yaşayan ailələrin 44 faizi ikinci avtomobili almaq məcburiyyətində qalıb ki, onların maşınlarının birinin nömrəsinin sonu tək, digərinin isə cüt rəqəmlə bitir.

Nyu-Yorkda şərnişindaşınma ilə məşğul olmaq üçün lisenziya alarkən sürücülərin tıxaclarda özünü aparmaqla bağlı kurslardan keçməsi mütləq şərtlərdən biridir.

Londonda tıxacların qarışısının alınması üçün şəhərin mərkəzinə şəxsi avtomobillə girişə ödənişli sistem tətbiq ediblər. Belə ki, bunun üçün avtomobil sahibləri 8 avro ödəməli olurlar.

Əhalisinin sayına görə dünyanın ən çox avtomobili olan yer Kaliforniya ştatıdır. Buna baxmayaraq statistik göstəricilərdə yol nəqliyyat hadisələrinin sayı bu ştatda olduqca azdır. Səbəbi isə odur ki, tıxaclar ucbatından sürücülər sürət həddini qaldıra bilmirlər.

Tıxaclar problemlər yaratmaqla yanaşı bəzən xoşagəlməz hadisələrin qarşısının alınmasına yardımçı olur. Parisdə bankı qarət edən soyğunçu aradan çıxarkən tıxacların ona yaratdığı problemlər nəticəsində polislər tərəfindən yaxalanıb.
Ancaq həmişə belə olmur. Hiyləgər oğrular tıxaclardan başqa cür istifadə edirlər. Milanda 100 min dollar oğurlayan qarətçi küçəyə çıxarkən yolun ortasına bir ovuc pul atıb. Səkidən ötənlər, o cümlədən elə sürücülər də bu sahibsiz pulu yığarkən yolda əməlli-başlı tıxac yaradıblar. Bununla da cinayətkarın arxasınca düşən polis işçilərinin avtomobillə hərəkəti iflic vəziyyətə düşüb.

İlk dəfə olaraq Reykyavikdə “Ümumdünya Avtomobilsiz Gün”ü elan olunub. Sonradan bir çox ölkələr də bu günü qeyd etməyə başlayıblar. Bu təşəbbüsü irəli sürənlərin məqsədi böyük şəhərlərin avtomobilsiz nə qədər təmiz və gözəl olduğunu nümayiş etdirmək olub.

Tıxaclarda qalanda səbriniz tükənməsin. Bu vaxtdan da səmərəli istifadə etmək mümkündür. Ən azı yaxşı bir musiqiyə qulaq asmaq olar. Axı çox vaxt zövqümüzü oxşayan musiqilərə qulaq asmağa vaxt tapmamağımızdan da şikayətlənirik… (Musavat.com)

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …