Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Mehdiabadın unudulan küçəsi: Bəs buranı kim təmir edəcək? (FOTO)

Mehdiabadın unudulan küçəsi: Bəs buranı kim təmir edəcək? (FOTO)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 9-da “Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Sərəncama əsasən, Abşeron rayonun Mehdiabad, Saray, Ceyranbatan, Qobu və Masazır yaşayış məntəqələrində təmir olunacaq küçələrin siyahısı təsdiqlənib (aşağıda yazıya əlavə olunur).
Amma təəssüf ki, Mehdiabad qəsəbəsinin vəziyyəti bərbad olan əsas yollardan biri – Sabir Muradov küçəsi təmir olunacaq küçələrin siyahısına salınmayıb.
Bu küçə uzun illərdir ki, dövlət hesabına təmir olunmur. Bir neçə il əvvəl qəsəbə sakinləri öz hesabına yolu təmir etsə də, kanalizasiya sistemini çəkən qurumlar yolu yararsız hala salaraq, təmirsiz vziyyətdə saxlayıblar.
Hazırda küçə çox yararsız vəziyyətdədir, burada həm piyada, əm də avtomobillə hərəkət etmək, demək olar ki, mümkünsüz olub.
TƏMİR OLUNACAQ KÜÇƏLƏRİN SİYAHISI:
Mehdibad qəsəbəsi
1. Qara Qarayev2. Cəfər Cabarlı3. Əhməd Cavad4. Çingiz Mustafayev
Qobu qəsəbəsi
1. Sona Salmanova2. Mirzə Ələkbər Sabir3. Qara Qarayev4. Aşur Həsənbalayev5. Çingiz Mustafayev
Saray qəsəbəsi
1. Mikayıl Müşviq
Ceyranbatan qəsəbəsi
1. Heydər Əliyev
Masazır kəndi
1. Qaçaq Nəbi2. Hacı Zeynalabdin Tağıyev3. Faiq Həsənov4. Nazim Əsədov5. Akim Abbasov6. Şıxəli Qurbanov

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …