Ana səhifə / Sosial / Medvedev Heydər Əliyev Mərkəzində – FOTO

Medvedev Heydər Əliyev Mərkəzində – FOTO

Aprelin 8-də Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev Heydər Əliyev Mərkəzində olub.

Azərtac xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Rusiya Hökumətinin Sədrinə Mərkəzin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanış olan Dmitri Medvedevə məlumat verilib ki, Muzey təşkil olunarkən Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey həm də Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır.

Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyət kəsb edir. Rusiya Hökumətinin Sədri Muzeyin ayrı-ayrı bölmələri, eləcə də 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıb. Sonra Dmitri Medvedev Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin çoxəsrlik tarixi, mədəni irsinə dair eksponatlar nümayiş olunur.

Sərgidə Azərbaycanın tarixi ilə müxtəlif dövrlər üzrə tanış olmaq, ölkəmizin tolerantlıq nümunəsi olması barədə geniş məlumat əldə etmək mümkündür. “Mini Azərbaycan” sərgisi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir. Bu sərgi Azərbaycanla virtual tanışlıq imkanı yaradır. Daha sonra Rusiya Hökumətinin Sədri Mərkəzin “Auditorium” zalı ilə tanış olub.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış belə bir Mərkəzi ziyarət etməkdən məmnun olduğunu bildirən Dmitri Medvedev xatirə kitabına ürək sözlərini yazıb.

Medvedev Heydər Əliyev Mərkəzində - fotolar

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın