Ana səhifə / Sosial / Medvedev azərbaycanlını yüksək vəzifəyə təyin etdi

Medvedev azərbaycanlını yüksək vəzifəyə təyin etdi

Rusiyada azərbaycanlı nazir müavini təyin edilib. Rusiya baş naziri Dmitri Medvedev həmyerlimiz olan Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.

Rusiya baş nazirinin müvafiq sərəncamı bu gün hökumət saytında dərc olunub.
“Talıbov Azər Mütəllim oğlunun Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilsin”, deyə sənəddə qeyd olunub.
Qeyd edək ki, Azər Talıbov bu vəzifəyə təyin olunana qədər Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri olub.  İqtisadi İnkişaf Nazirliyində isə həmyerlimiz bu vəzifədən yenicə getmiş İqor Revanı əvəz edəcək.
Azər Talıbov 1979-cu il 10 fevral tarixində Moskva şəhərində doğulub. 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutda magistr dərəcəsi alıb. 2002-ci ildən 2008-ci ilədək İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən 2012-ci ilədək iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə 2013-cü ilin iyul ayına qədər çalışıb. Ondan sonra isə Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri təyin olunub.
Həmyerlimiz Rusiya prezidenti tərəfindən “II dərəcəli Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunub.(apa)

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın