Ana səhifə / Sosial / MDB-də ən az pensiyaçı da Azərbaycandadır, təqaüd də… – EKSPERT

MDB-də ən az pensiyaçı da Azərbaycandadır, təqaüd də… – EKSPERT

“Azərbaycanda pensiyaçıların sayı az, təqaüdün məbləği isə aşağıdır”.

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu özünün “facebook” hesabından  paylaşdığı yazıda bildirib.

Ekspert MDB ölkələri ilə müqayisə apararaq, bu qənaətə gəlib. Onun sözlərinə görə MDB Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür:“Diqqət edin demək olar ki, əhalisinin sayı Azərbaycanla eyni olan Belarus 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycan isə 1 milyon 299,5 min təqaüdçüyə (2018-ci ildə ölkədə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb) və ya əhalinin 13 faizinə pensiya verir.

pensiya

Amma buna baxmayaraq Azərbaycanda əmək pensiyalarının orta məbləği Rusiydan 2 dəfə, Qazaxıstan və Belarusdan isə 1,5 dəfə azdır. Sonra da deyirlər ki, dünyada ən inkişaf etmiş iqtisadiyyat, ən ədalətli sosial qayğı Azərbaycandadır”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …