Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / “Mayın əvvəlindən etibarən “Sovetski”də yenidən söküntü işləri başlanacaq”

“Mayın əvvəlindən etibarən “Sovetski”də yenidən söküntü işləri başlanacaq”

“Hazırda “Sovetski”də yollar çəkilir. Aprelin axırı mayın əvvəllərindən etibarən isə bu ərazidə yenidən söküntü işlərinə başlanılacaq”.

Bu barədə Real TV-ə müsahibəsində Baş nazirin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, bu il “Sovetski”də söküntü işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb: “Bu il və gələn il 2500-ə yaxın evin sökülməsi nəzərdə tutulub. 2500 evi köçürmək asan deyil. Ona görə də hazırlıq işləri gedir. Böyük ehtimalla aprelin sonu mayın əvvəlində söküntü işlərinə başlanılcaq. Söküntü işlərinin aparıldığı ərazilərdə yol çəkiləcək, yaşıllıq və park salınacaq. Başqa işlərdən söhbət gedə bilməz”, – deyə Abid Şərifov qeyd edib.

Həmçinin oxuyun

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin

Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi …