Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Sosial / Maska taxmamağa görə cərimələr müəyyənləşdi

Maska taxmamağa görə cərimələr müəyyənləşdi

“Təqdim olunan qanun layihəsində İnzibati Xətalar Məcəlləsində karantin rejimi dövründə tənəffüs yollarını qoruyan maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməsi nəzərdə tutulur. Bu cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 200 manat məbləğində nəzərdə tutulur. Pozuntu halı təkrar törədilərsə, fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə ödəməli olacaqlar”.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.

Deputat bildirib ki, bu qərar insanların virusdan qorunmasına yönəlib: “Gördüyümüz kimi karantin rejimində artıq müəyyən məhdudiyyətlər aradan qaldırılır, digər tərəfdən isə insanların qorunması istiqamətində tədbirlər görülür. Bunun doğru qərar olduğunu düşünürəm. Bu kimi inzibati cərimə tətbiq edilməsi bir çox ölkələrin təcrübəsində var. Məsələn, Almaniyanın Bavariya əyalətində qoruyucu maskadan istifadə edilməsi tələbinin pozulmasına görə 150 avro məbləğində cərimə tətbiq oluna bilər.

Əgər hər hansı iş yerində qoruyucu maskadan istifadə edilməzsə və ya gigiyena qaydaları pozularsa, bu iş yeri rəhbərliyi üçün 5000 avro cərimə deməkdir. Biz anlamalıyıq ki, burda söhbət insan həyatından gedirsə, buna biganə yanaşmaq olmaz. Hərkəs maskadan istifadə etsə, o zaman cərimə tətbiq edilməyəcək və nəticədə yeni yoluxma halları azalacaq”, – deyə N.Həsənov vurğulayıb.

Həmçinin oxuyun

Tibb Universitetinin 3 tələbəsi yol qəzasında həlak olub

Azərbaycan Tibb Universitetinin (ATU) 3 tələbəsi avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə ATU-nun mətbuat katibi …