Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Maska qadağası nə vaxt götürüləcək?

Maska qadağası nə vaxt götürüləcək?

Koronavirus pandemiyasının nə zaman başa çatacağı, yoluxma riskləri, virusun xüsusiyyətləri, əlamətləri, peyvəndlər barədə günümüzdə bir çox aktual suallar səslənir. Həkim-terapevt, tibb üzrə fəlsəfə doktoru, TƏBİB-in Stasionar xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva həmin suallardan bir neçəsi ilə bağlı fikirlərini açılayıb.

COVID-19-u keçirmiş şəxslərdə uzunmüddətli əlamətlər qalırmı?

Cənubi Koreyada aparılan araşdırmanın nəticəsinə görə xəstəliyi keçirmişlərdə hospitalizasiya olub-olmamasından asılı olmayaraq hər 10 nəfərdən 9-u yorğunluq, psixoloji və nevroloji pozğunluqlar, dad və iybilmənin itirilməsi kimi əlamətləri yaşamaqda davam edirlər.

Nə vaxt biz maskasız gəzə biləcəyik və sosial distansiya gözləməyəcəyik?

Bu, vaksin istehsalının necə olacağından, populyasion immunitetin necə yaranmasından asılıdır. Yenə də virus tam yoxa çıxmayacaq, lakin bir var maskanı orta hesabla hər kəs taxa, bir də var ki, risk qrupuna daxil olan yaşlılar, xroniki xəstəlikləri olanlar taxa.

Düşünürəm ki, gələn ilin yazına vəziyyət bu və ya digər dərəcədə dəyişəcək. Dünyanın bəzi regionlarında əhalinin çox hissəsi virusla qarşılaşacaq, populyasion immunitet yaranacaq, digər hissəsində vaksin əlçatan olacaq, yəni cəmi bir neçə ayı gözləmək qalır.

Hazırda vaksinasiya dünyada difteriya, tetanus, göy öskürək, qrip, qızılca və s. kimi infeksion xəstəliklərdən 2-3 milyon ölüm hallarının qarşısını alır. Bu günki gündə 20-yə yaxın həyati təhlükəli infeksion xəstəliklərin profilaktikası üçün vaksinlər mövcuddur.

COVİD-19-un profilaktikası məqsədilə vaksinlərin geniş spektri öyrənilməkdədir. Effektivliyi və təhlükəsizliyi təsdiqlənən təqdirdə yerli tənzimləyici orqanlar tərəfindən razılıq alındıqdan sonra onun istehsalı və yayılmasına başlanılır.

ÜST dünyanın müxtəlif ölkələri ilə mövcud prosesin koordinasiyasında, mühüm mərhələlərində əməkdaşlıq edir. Artıq 26 vaksin insanların iştirakı ilə klinik sınaqlardan keçib, ən effektivlərsə bunlardır: Biotech/Phizer Vaccination -94,5%, Sputnik vaccine -92%, Moderna Vaccination-95%, Oxford Astra Zeneca Vaccine -70%, Sinovac Vaccine Chine- 90% .

Düzdür ki, vaksinasiya məcburi olacaq?

Mən buna şübhə edirəm və sualın başqa cür qoyulmasını istərdim: hamıya pulsuz vaksinasiya olunacaq? Çünki çox qiymətli bir şey təqdim olunur, onu da dünyanın heç bir yerində bu gün tapmaq mümkün deyildir.

Sağlam olun!

Özünüzü qoruyun!

Həmçinin oxuyun

Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş …