Ana səhifə / Sosial / Martın 30-u səhərədək külək əsəcək – PROQNOZ

Martın 30-u səhərədək külək əsəcək – PROQNOZ

Martın 27-si səhərdən 30-u səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəzlənəcəyi, küləyin maksimal sürətinin saniyədə 15-20, arabir 23-28 metr olacağı, martın 28-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir saniyədə 30 metrədək güclənəcəyi gözlənilir.

Bu barədə Azinforum.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 27-si səhərdən 30-u səhərədək ölkə ərazisində küləkli hava şəraiti davam edəcək. Cənub-qərb, qərb küləyinin əsəcəyi, sürətinin arabir saniyədə 15-20, bəzi yerlərdə 23-28 metr olacağı, martın 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir saniyədə 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …