Ana səhifə / Sosial / Martdan paytaxtın bəzi mağazalarında torbalar pullu olacaq

Martdan paytaxtın bəzi mağazalarında torbalar pullu olacaq

İri mağazalarda sellofan torbalar nə zaman yığışdırılır?

Azərbaycanda bir müddətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qablar və polietilen torbalardan tədricən imtina edilməsi istiqamətində işlər aparır.  Bütün bu işlərin fonunda mağazalarda müştərilərə pulsuz  verilən sellofan torbaların da bu ildən  etibarən pullu olacağı söylənilir.

Səbəb kimi göstərilir ki, əgər həmin sellofan torbalar pullu olarsa, müştərilər ondan az istifadə edərlər. Nəticədə ekoloji mühit çirklənmədən xilas olar. İnsanlara həsir və ya sellofan olmayan digər torbalardan istifadə etmək tövsiyə edilir. Dünyada da bu istiqamət üzrə işlər aparılır. Məsələn, qardaş Türkiyədə bu ildən etibarən bir çox mağazalarda sellofan torbalar pulludur.

Məlumatlarda qeyd olunur ki, sellofanların tərkibində xərçəng əmələ gətirən və hüceyrələri dağıdan maddələr var. Bu torbaların istifadəsi sağlamlıq üçün təhlükə olmaqla bərabər, ətraf mühitə də ziyan vurur, ekologiyanı zədələyir. Bu tullantılar yandırarkən havaya ayrılan zəhərli qazlar insanların sağlamlığına, heyvanların isə məhvinə gətirib çıxarır. Bütün bu kimi səbəblərə görə, dünyada da bu təhlükənin qarşısını almaq üçün müxtəlif tədbirlər görülür.

Son günlər sosial şəbəkələrdə məlumatlar yayılıb ki, Azərbaycanda artıq bəzi mağazalarda bu kimi torbalar müştərilərə pulla satılır. Bildirilir ki, torbaların qiyməti 5-10 qəpikdir. “Yeni Müsavat”ın əməkdaşı olaraq mağazalarda apardığımız reyd zamanı belə bir halın şahidi olmadıq. Satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, gələcəkdə bu torbaların müştərilərə pulla veriləcəyi  planlaşdırılır. Lakin qiymətin nə qədər olacağı hələ ki, məlum deyil. Eyni zamanda, bəzi mağazaların  administratorları bildirdilər ki, martdan sellofan torbalar, kağız materialından olan torbalarla əvəzlənəcək.  Həmin torbaların qiymətləri isə hələ ki, müəyyənləşməyib.

Alıcılarla söhbətimiz zamanı onlar da bildirdilər ki, əgər torbaların qiyməti 5-10 qəpik olacaqsa bu, çox bahadır. Çünki mağazadan alış-veriş edənlər hər dəfə bir neçə torbadan istifadə etməli olur ki, üst-üstə gələndə bu da müəyyən qədər vəsaitdir. Alıcılar söylədilər ki, onsuz da  mağazalarda satılan məhsulların qiymətləri hər gün yüksəlir. Sellofanlar da pullu olarsa, vəziyyət çətin olacaq…

Məsələ ilə bağlı “Yeni Müsavat”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, nazirlik tərəfindən bir müddətdir ki, sellofan torbaların marketlərdə pullu satışı ilə bağlı maarifləndirmə tətbiqləri aparılır. Bildirilib ki, bu tədbirlərə mağazaların bir qismi qoşulmayıb. Lakin bəzi mağazalar var ki, onlar artıq sellofan torbaları müştərilərə pulla təklif edirlər. Nazirlik bu cür addımları müsbət hesab edir. Bildirilir ki, çağırışa müsbət reaksiya verilməsi sevindirici haldır. Çünki bu üsulla ətraf mühit qorunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, ETSN təkcə sellofan torbaların pullu olması təklifini deyil, həmçinin plastik qablaşdırma materaillarından istifadənin məhdudlaşdırılması ilə bağlı da təklif irəli sürüb. Nazirlikdən bildirilib ki, onlar bu təklifləri hazırlayıb, aidiyyəti üzrə təqdim edirlər.

Ä°lgili resim

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova KİV-ə müsahibələrində bildirib ki, əvvəllər bazarlarda yalnız kağız torbalardan istifadə olunurdu və alıcıların da ipdən toxunan, parçadan hazırlanan yaxud da həsir tipli zənbillərdən istifadə edirdilər. Mağazalarda da ərzaq məhsulu alanda onu kağıza büküb alıcıya verirdilər. Sonradan onları sellofan paketlər əvəz etdi. Bu gün mağazalarda təklif olunan məhsulların 99 faizi “pinqvin” adlandırılan sellofan paketlərdə qablaşdırılır ki, bu da təkcə insan sağlamlığına deyil, ətraf mühitə, flora və faunaya da təhlükə yaradır. Bu torbaların təbiətə vurduğu zərər hesaba gəlməyəcək qədər çoxdur.

Həmçinin oxuyun

Xaçmazda it sığınacağı: İki bacı dünyamızı xoşbəxt etməyə çalışır

Xaçmaz rayon sakinləri Hava və Nailə Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar. Bu ideyanın …