Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Marqvelaşvili və Ərdoğan Bakı-Tiflis-Qarsdan danışdı

Marqvelaşvili və Ərdoğan Bakı-Tiflis-Qarsdan danışdı

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Türkmənistana səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb.

APA-nın “Georgia Online”-ya istinadən verdiyi xəbərə görə, Gürcüstan prezidenti administrasiyasının məlumatına əsasən, dövlət başçıları görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini – Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin reallaşdırılmasının tezləşdirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin buraxılış qabiliyyətinin artırılması, Xəzər enerji resurlarının daşınmasında yeni imkanlara dair mövzuları müzakirə ediblər.

Gürcüstan prezidenti Azərbaycan, Türkmənistan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsinə dair öz fikirlərini bölüşüb.

Tərəflər həmçinin regional təhlükəsizliyə dair məsələləri müzakirə ediblər.

Türkiyə prezidenti Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyərək, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın separatçı rejimləri ilə sazişlər imzalamasını pisləyib.

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …

Bir cavab yazın